Sizin Reklam Burada
Xəbər lenti
14-05-2024
13-05-2024
BÜTÜN XƏBƏRLƏR

Fransa radiosu Azərbaycan haqqında veriliş yayımladı

Tarix: 05-11-2018 06:23     Baxış: 3197 A- / A+
Fransa radiosu Azərbaycan haqqında veriliş yayımladı

Fransanın “Radio Grand Ciel” radiosu Azərbaycan haqqında veriliş yayımlayıb.
Manevr.az Azərtac-a istinadən xəbər verir ki, verilişin aparıcısı Alain Romestainq qədim İpək Yolu üzərində yerləşən Azərbaycanın Avropa ilə Asiya arasında körpü rolu oynamasından söz açıb. Bildirib ki, enerji resursları ilə zəngin olan Azərbaycan iqtisadiyyatın şaxələndirilməsinə, turizmin inkişafına xüsusi diqqət yetirir. Aparıcı ölkəmizin iqtisadi göstəriciləri barədə ətraflı məlumat verib.

Verilişdə böyük beynəlxalq tədbirlərə ev sahibliyi edən Bakıda 2020-ci ildə futbol üzrə Avropa çempionatının final oyunlarının keçiriləcəyi diqqətə çatdırılıb. Dünyəvi ölkə olan Azərbaycanda müxtəlif dinlərin nümayəndələrinin mehriban yaşamalarından danışılıb.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynovanın, “Kaspi” qəzetinin təsisçisi Sona Vəliyevanın, Milli Məclisin deputatı Sevinc Fətəliyevanın və başqalarının müsahibələrinin yer aldığı verilişdə ölkəmizdə gender bərabərliyi, qadınların cəmiyyətdə yeri və rolu, təhsilin, elmin və mədəniyyətin inkişafına verdikləri töhfələr, onlara göstərilən dövlət qayğısı haqqında məlumat verilib. Azərbaycanda qadın hüquqlarının inkişafı tarixindən danışılarkən onlara hələ 1918-ci ildə səsvermə hüququnun verildiyi diqqətə çatdırılıb. Bildirilib ki, bu gün Azərbaycanda qadınlar ictimai, siyasi, iqtisadi, mədəni və digər sahələrdə uğurla fəaliyyət göstərirlər.

Verilişdə, həmçinin Azərbaycan mətbuatının keçdiyi yol, jurnalistika sahəsində qadınların kişilərlə çiyin-çiyinə çalışmaları barədə fikirlərə yer verilib. Azərbaycanda medianın inkişafından danışılarkən Azərtacın-ın fəaliyyətinə də nəzər salınıb. Bundan başqa, verilişdə Azərbaycan-Fransız Universitetinin baş katibi Şarlot Payenin Azərbaycan qadınının cəmiyyətdə rolu və nüfuzu barədə fikirləri də əksini tapıb.

Aparıcı gələn ay yayımlanacaq növbəti verilişdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, bu münaqişə nəticəsində doğma yurdlarından didərgin düşmüş bir milyon azərbaycanlı qaçqın və məcburi köçkündən danışılacağını bildirib.

Bir saat davam edən verilişdə Azərbaycan musiqiləri də səsləndirilib.


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar