Sizin Reklam Burada
Xəbər lenti
08-05-2024
BÜTÜN XƏBƏRLƏR

Fenomen layihə, yoxsa fenomen faciə?

Tarix: 04-11-2018 21:26     Baxış: 2854 A- / A+
Fenomen layihə, yoxsa fenomen faciə?

Akəm Xaqan, şair, tənqidçi

*Tia.Az Vaqif Mustafayev “Anaya” adlı serial çəkir – “Amaci”nin yerli versiyasıdır
**"Qafqazinfo" Azərbaycan kinosunun yeni bir uğuru olan fenomen layihədən bəhs edir...


...Serialın quruluşçu rejissoru Nicat Manafov açıqlama verir: "Serialı Space TV ilə müştərək olaraq çəkirik. Məsələnin Vaqif Mustafayevə heç bir aidiyyatı yoxdur. Serialın quruluşçu rejissoru mənəm. Vəziyyət belədir ki, ssenarini 3 nəfər yazır, onlardan biri mənəm. İstehsalçı Space kanalıdır. Amma "Amaci" ilə "Anaya" fərqlidir, sadəcə olaraq motiv eynidir. Vaqif müəllim Hindistan istehsalı olan serialı almayıb, belə bir şey yoxdur".
***

Fenomen – (yun. φαινόμενον «zühr edən», «üzə çıxan») deməkdir. Bu tip layihələr nəinki kinonun, elə milli-mənəvi dəyərlərin, xalqın və dövlətin faciyəsidir.
Dövlət dili Azərbaycan dili elan olunmuş bir ölkədə rus və ingilis dili bilməyən əhalı, o cümlədən gənclərimiz işə girmək, kariyera qurmaq fürsətindən məhrum olur. Hətta, nazirlik səviyyəli idarə və müəssələrdə xarici dildə qarşılanırıq. Dərdimizi "ana dilində" anlatsaq da "rus" və ya "ingilis" dilində cavab alırıq... Dərdlərimiz dəbizimlə qarıyır, "çeynənilmiş iş" statusu alır və arxivlərə gömülür. Təbii ki, bu gülməli deyil...
Müqəddəs bildiyimiz müəllim, həkim, şair, alim o qədər gözdən salınıb, sındırıldi ki, indi hər yoldan ötənə "müəllim", hər zəhər satana "həkim", şirin danışana "şair", kitab yazana "alim" deyirik. "Məmurlar" çoxalanda cinayət, "doxdurlar" çoxalanda xəstəlik artır. Yəqin ki, bu da gülməli deyil...
Əvvəl yaylaqlardan qoyun-quzu, sonra örüşlərdən mal-qara seyrəldi. Bir də gördük ki, kolxoz, sovxoz təsərrüfatı "dondurma" kimi "yoxlamaların" əlində əriyib getdi. Sovet adamı, sovet düşüncəsi, birgə təsərrüfat xülyası tarix oldu. Elə bil heç olmamış... Xəyalnan gerçəyimiz qarışdı. Bayaqki "ağa"lar, indi "qurbağa" oldu. Hər gölə atılan daşdan hürküb, gizləndi, susdu...

Biz də arzusunda olduğumuz azad ölkə vətəndaşı olduq. Çox şükür. Barmağımız "bala" batdı, söyündük. Yaxşı nə gördük, pis gördük, inandıq. Dolandırdılar, dolandıq. Dolana-dolana dolaşdıq. Gücümüz qışqırmağa, bağırmağa çatdı, bağırdıq. Sökəsini sökdük, yıxılasını yıxdıq. Bir də gördük ki, öz öyümüzü də öz əlimizlə yıxmışıq, dağıtmışıq. Burdan da qapını qış kəsdirib... Təbii ki, çöldə qalmadıq. Canıyananlarımız tapıldı, müasir dünyanın adamı ol, yaşa.-dedilər. Sonra da elektiriklə qızan yorğan verdilər, büründük. Xərci, xəcaləti özündən böyük olan arvad da lazım deyil-dedilər. İnandıq xəyalı yetər, yetmədi. Arvad da getdi, uşaq da. İndi də subay, lüt-üryan, ev-eşiksiz. Dərd deyəsi adam da yox... Sadəlövh olduq, gülmə.
Gecələmək üçün kirayə evlərə sığındıq. Yaman darıxdıq ötən günlər üçün. Başımızı qatmaq üçün də çağırılmamış qonaqlarla dolu, şeytan qutusunu açdıq. Gördük ki, küçənin, məhlənin, kənd-kəsəyin "oyunbazları" cəm olub qutuya. Biri yemək bişirib, ağzını marçıldadır, o biri də yaxasını açıb, yanını oynadır. Adamın ağlı gedir, xəyalı qarışır. Xeyirxah mələklər gözə dəymir, yada düşmür. Halalnan haramı seçmək olmur. Hər yerdə şeytan feli, "halaldı" damğası. Yesən də acsan, yeməsən də...
Toya gedən ağlayır, yasa gələn gülü. Gülə-gülə anasının əmcəyini kəsənlər tapılır. Qardaş-qardaşa, sevən-sevənə qənim kəsilir. Şər işlərin də şər adamlara faydası olduğunu düşünməyə bilmirsən. Əks halda o boyda tərifi, təbliğatı olmazdı ölməyin. Elə bil bəy tərifi eləyirlər gülə-gülə, yana-yana. Sabah yanasılar bu gün ocaq çatır. Ehh...
Ölmək demişkən, adama sirr qalır. Kino verirlər, baxırsan: Adamlar silah çəkir, günün günorta çağı, hamının gözü qabağında adam vurur, yıxır, hədə-qorxu gəlir. Adamlar bir-birinə xoruzlanır, qan tokür, can alır. Elə bil, nisiyə mal alır, borc götürür. Özü də hədə-qorxuya tuş gələnlərin çoxu arvad olur bu seriallarda. Elə aktyor seçirlər ki, armud "qurumcəyi"nə oxşayur "qəhrəman". Əlində tapanca ora-bura qaçır, guya qocudur, kişinin oğlu. Ciddi rol gedir, uşağı kimi gözü gülür. Bu boyda kinoda bir nəfər polis işçisi, qanun adamı tapılmır. Adama elə gəlir ki, bəlkə haqsızlıqla bacarmayıb, olkədən çıxıblar... Tez-tələsik televizoru söndürüb küçəyə çıxıram. Bir az aralıda ağaclığa qısılıb, yol güdən polis nəfərini görüb, sevindim. Üstünə qaçıb, qucaqlayıb: "nə olar, bir az televizorda görünün, ölkədə qanun olduğuna inanaq..." -demək istəyincə mənə şübhəli nəzərlərlə elə baxır ki, sözüm ağzımda qalır. Məndən gözü su içmir, deyəsən. Tələm-tələsik dönüb, yeməkxanadan "kefli" çıxıb, maşına əyləşən sürücüyə tərəf qaçır. Deyirəm onların da işi lap zülümdü ey...

Fenomen layihə, yoxsa fenomen faciə?

Nə isə.. İllər öncə "Bu zalım dünyada doğulma" adlı Hindistan serialı Azərbaycan televiziyada ən çox izlənənlər arasında oldu. Yəqin ki, xatırlayırsınız? İndi də gəlin sizə Amacinin necə Anaya olmasından danışım... Bilirəm, inanmayacaqsınız. Vallah mən də inanmadım ilk eşidəndə. Elə bildim zarafatdı. Üç dəfə Hindistana baş çəkdim ki, nəsə bir əlaqə tapım. Hətta, Anaya ilə tanış olmaq üçün İspaniyanı belə gəzməli oldum. Amma bu ölkələrin bu "kino" dediyimiz şou ilə əlaqəsini tapa bilmədim. Düzünü deyim, bir belə biabırçılığa da rast gəlmədim. Artıq televiziya "Anaya"nın nümayişini başlayanda əmin oldum ki, bu "Filim" Azərbaycan kinosunun və Amacinin gözdən salınmış surətidir. Düzü bu çəkilişlərin hansı ehyiyacdan yarandığı hələ də məni düşündürür. Özü də bu qədər ehyiyaclarımız və işlənməli mövzular ola-ola. Amma "sevincimdən" gözlərim yaşardı da. İnandım ki, kino sənəti də dəfn olunub və bundan belə bir daha urvatsız olmayacaq.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar