Sizin Reklam Burada
Xəbər lenti
11-09-2025
BÜTÜN XƏBƏRLƏR

Sakinlər azərbaycanlı milyarderə qarşı: "Bizi soyur, üstəlik…"

Tarix: 04-11-2018 17:27     Baxış: 4271 A- / A+
Sakinlər azərbaycanlı milyarderə qarşı: "Bizi soyur, üstəlik…"


Rusiyanın Volqoqrad şəhərinin sakinləri azərbaycanlı neft maqnatı, "Lukoyl” şirkətinin prezidenti Vahid Ələkbərova "Volqoqrad vilayətinin fəxri vətəndaşı” adının verilməsinə qarşıdır.

Manevr.az virtualaz.org-a istinadən xəbər verir ki, saytlardan biri tərəfindən şəhər sakinləri arasında keçirilmiş sorğunun nəticələrinə əsasən rəyi soruşulanların 93 faizi Ələkbərova bu adın verilməsini dəstəkləməyib.

Sakinlərin arqumentləri arasında bu cür fikirlər yer alır:

"O, elə edib ki, "Lukoyl” torpaq vergisindən başqa bütün vergiləri başqa regionda ödəyir. Bizdə ödədiyi torpaq vergisi isə cüzidir”, "Neftçilər bizi soyur, üstəlik mükafat da alır?”

Vahid Ələkbərova "Volqoqrad vilayətinin fəxri vətəndaşı” adını vermək təşəbbüsü qubernator Andrey Boçarova məxsusdur. Bu fəxri adla yanaşı "Lukoyl” prezidenti regionun büdcəsindən ayda 2 min rubl da almalıdır. Vilayət Duması azərbaycanlı maqnata bu fəxri adın verilməsinə az qala yekdilliklə səs verib. Təkcə bir deputat bunun əleyhinə çıxıb.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar