Sizin Reklam Burada
Xəbər lenti
08-05-2024
BÜTÜN XƏBƏRLƏR

Zamirə Hacıyeva İngiltərədə saxlanıldı – ŞOK İTTİHAM

Tarix: 04-11-2018 14:06     Baxış: 3245 A- / A+
Zamirə Hacıyeva İngiltərədə saxlanıldı – ŞOK İTTİHAM

Beynəlxalq Bankın keçmiş rəhbəri Cahangir Hacıyevin həyat yoldaşı Zamirə Hacıyeva Böyük Britaniyanın Maliyyə Cinayətkarlığı İstintaq Mərkəzində dindirilib.

Manevr.az teleqraf.com-a istinadla xəbər verir ki, bu barədə Almaniyada nəşr olunan “Deutsche Welle” jurnalı məlumat yayıb.

İngiltərənin Milli Cinayətkarlıq Agentliyinə (NCA) istinad edən jurnalın məlumatına görə, 55 yaşlı Zamirə Hacıyeva qeyri-qanuni yolla 400 min funt-sterlinq dəyərində qiymətli daş-qaş ələ keçirib. Mənbə bankirin həyat yoldaşının bu ittiham əsasında saxlanıldığını iddia edib.

Hacıyeva Böyük Britaniyada hüquq mühafizə orqanlarının sahib olduğu külli miqdarda pul mənbəyini açıqlanmasının tələb edildiyi ilk əcnəbi vətəndaş olub.

“The Daily Telegraph” qəzeti isə Zamirə Hacıyevanın qeyri-adi dəbəbdəli həyatına diqqət çəkib. Qəzetdə yer alan materialda Cahangir Hacıyevin həyat yoldaşının Londondakı ticarət mərkəzlərində (Harrods) 16 milyon funt xərcləməsinə vurğu edilib.

Bundan başqa NCA Zamirə Hacıyevanın hərrac evindən (Cristie's) aldığı 50 milyon funt dəyərində qiymətli əşyanı müsadirə edib.

Əldə edilmiş əşyaların arasında “Boucheron” safir və 120 min funt dəyərində yaqut boyunbağı var. Hacıyeva isə sərvətinin mənbəyinin qanuni olduğunu iddia edib.

Qeyd edək ki, Zamirə Hacıyevanın həyat yoldaşı Cahangir Hacıyev 2016-cı ildə Azərbaycanda mənimsəmə və isrifa etmə, vəzifə səlahiyyətlərini aşma, vəzifə saxtakarlığı və digər ağır cinayətlərdə ittiham edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 15 il müddətinə həbs cəzasına məhkum edilib.

Cahangir Hacıyev Azərbaycan Beynəlxalq Bankının İdarə heyətinin sədri idi.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar