Sizin Reklam Burada
Xəbər lenti
06-05-2024
05-05-2024
BÜTÜN XƏBƏRLƏR

Azərbaycan dilinin saflığının qorunması üçün yeni qurum təsis edilib - VİDEO

Tarix: 02-11-2018 23:09     Baxış: 3255 A- / A+
Azərbaycan dilinin saflığının qorunması üçün yeni qurum təsis edilib - VİDEO



Azərbaycan dilinin saflığının qorunması və bu sahədə dövlət nəzarətini həyata keçirmək məqsədilə yeni qurum təsis edilib.


Manevr.az-ın xezerxeber-ə istinadən məlumatına görə, Prezident İlham Əliyevin fərmanı ilə Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi publik hüququ şəxsin yaradılması bu sahədə meydana çıxan bir sıra problemlərin aradan qaldırılmasında mühüm rol oynayacaq.

Fərmanda da qeyd olunduğu kimi, televiziya, radio kanallarında, internet resurslarında, mətbu nəşrlərdə və reklam daşıyıcılarında ədəbi dilin normalarının kobud şəkildə pozulması, leksik və qrammatik qaydalara əməl edilməməsi, məişət danışığından istifadə olunması, əcnəbi söz və ifadələrin yersiz işlədilməsi az qala adi hala çevrilib.

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Rəfael Hüseynov bildirir ki, bu fərmanın imzalanması dillə bağlı problemlərin aradan qaldırılmasında effektiv rol oynayacaq.

Rəfael Hüseynov, müasir dövrdə ölkədə reklam bazarında Azərbaycan dili normalarının daha çox pozulduğuna diqqət çəkib. O, bu məsələdə bir sıra yeniliklərin tətbiq olunmasını vacib hesab edib.

Qeyd edək ki, Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin yaradılmasını Nazirlər Kabineti Milli Elmlər Akademiyası ilə birgə həyata keçirəcək.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar