Xəbər lenti
"Sərkisyan oğrudur, buna görə həbsxanada oturmalıdır" - erməni müəllif
“Aprel hadisələrində 800 hektar ərazi və çox sayda cavan uşaq itirmişik”
Belə təsəvvür edin ki, siz sabah yuxudan oyanırsınız və görürsünüz ki, ölkədə artıq Serj Sarkisyan yoxdur. Nəsə dəyişəcək?
Aktrisa və rejissor Tamara Ovannisyanın söylədiyi bu fikirləri Ermənistanın hər bir sakini təkrarlamağa hazırdır. Ona görə ki, sadəcə Serj Sarkisyanın “Al Jazeera” televiziya kanalına dediklərinə başqa cür reaksiya ola bilməz.
“Hamı tərəfindən həqiqi oğru kimi tanınan oğru başqalarını oğurluqla mübarizə aparmağa çağırıb. Serj Sarkisyan heç kimi diktatorluqda ittiham edə bilməz, çünki bütün dünya onun diktator olduğunu bilir”.
Modern.az Ermənistan mediasına istinadən bildirir ki, bu və digər sərt ittihamları K.Ambartsum öz məqaləsində qeyd edib.
“Amma problem ondadır ki, biz artıq böyük problemi şəxsləndirmişik. Axı, bu ən asan yoldur – Sarkisyanı bizim bütün bəlalarımızın səbəkarı adlandırmaq. Yox, o, əlbəttə, oğrudur, buna görə həbsxanada oturmalıdır. O, Ermənistanın Avropaya inteqrasiya ümidlərini dəfn edən və bu ölkəni heç kimə lazım olmayan, ölü Avrasiya İttifaqına sürükləyən insandır. Hər şey belədir.
Heç kim yox, məhz Sarkisyan Ermənistan prezidenti kimi erməni zabitini öldürən Ramil Səfərovun Azərbaycana verilməsinin qarşısını ala bilmədiyinə görə tarixdə qalacaq.
Nəticədə, biz aprel hadisələri ilə üzləşdik. Yalnız bu məğlubiyyətdən sonra, hər şeyi öz adı ilə demək lazımdır, adamlar onun istefasını daha sərt tələb etməyə başladıar. Ona görə ki, 800 hektar ərazi itirmişdik və böyük sayda cavan uşaqlar ölmüşdülər. Onları Serj Sərkisyanın satqınlığı, zəifliyi və riyakarlığı səbəbindən öldürüblər”.
Müəllif yazır ki, hər şey belədir: “Bəli, indi məsələnin bu cür qoyuluşu sərt kimi səslənir, amma mən soruşuram – kimsə onun gedişi ilə Ermənstanda oyun qaydalarının dəyişəcəyinə inanırmı? Mən “yox” deyirəm, onun prezidentlikdən baş nazirliyə formal gedişi, yenə Sarkisyanın kölgəsində bütün hakimiyyəti saxlayacaq, bu onun siyasi arenadan birdəfəlik gedişinə qədər davam edəcək. Təsəvvür edin ki, siz səhər yuxudan ayılıb görürsünüz ki, Serj Sarkisyan artıq ölkədə yoxdur.
Bəli, o güman ki, törətdiyi bütün cinayətlərin cəzasından ehtiyatlanaraq və oğurladıqlarının hamısını qorumaq üçün bunu özünə rəva görə bilər. Lakin biz elə dünyada yaşayırıq ki, diktatorlar çox gözlənilmədən hakimiyyətdən məhrum edilirlər. Dünən hələ onlar hamıdan güclü idilər, bu gün isə ya gecə zənginliklərini özləri ilə götürüb Rusiyaya qaçıb canını qurtarırlar, ya da səhrada onları daşqalaq edirlər. Belə ki, bütün bunlar burada da ola bilər”.
K.Ambartsum soruşur: “Sarkisyanın gedişi ilə Ermənistanda nə dəyişəcək? Rusiyaya baxın. Kimsə inanır ki, Putinin gedişindən sonra Krım Ukraynaya qayıdacaq, Kreml hibrid müharibəsi təşkil etməkdən vaz keçəcək, oyuncaq rejimləri dəstəkləməyəcək, müxtəlif ölkələrdəki öz marionetkalarına təzyiq edəcək.
Kimsə inanır ki, Rusiyanın yeni prezidenti Ermənistana Qərbə və demokratiyaya doğru hərəkət etməyə imkan verəcək.
Bütün bu sualların cavabı aydındır – Rusiyanın dövlət başçısı başqa şəxs olanda da eyni siyasəti yürüdəcək. Və orada böyük miqdarda olmasa da, yenə oğurluqla məşğul olacaqlar. Deməli, Serj Sarkisyanın gedişindən sonra Ermənistanda dəyişikliklərə sadəlövhcəsinə inanmaq əbəsdir. Kremldə tezliklə ona əvəz tapacaqlar. Daha zəifini, asılı olanı, aşağılanmış birisini.
Sizə elə gəlmir ki, prinsipcə heç nə mümkün deyil?”...
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar