Sizin Reklam Burada
Xəbər lenti
10-09-2026
09-09-2026
BÜTÜN XƏBƏRLƏR

Çingiz Abdullayev yeni vəzifədə - Foto

Tarix: 02-11-2016 18:20     Baxış: 3506 A- / A+
Çingiz Abdullayev yeni vəzifədə

Noyabrın 1-də Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzi (DAMM) İctimai Birliyinin 28-29 oktyabr tarixlərində baş tutan 20 illik Yubiley tədbirləri və konfransından sonra yeni seçimdə İdarə Heyətinin ilk toplantısı keçirilib.

İctimai Nəzarət Koalisiyasının Analitik İnformasiya Xidmətindən verilən məlumata görə, genişləndirilmiş iclasda DAMM İB-nin İdarə Heyətinin üzvləri, təşkilatın rəhbər strukturlarının rəhbərləri, tanınmış ədəbiyyat, elm və incəsənət adamları, ictimai xadimlər, mədəniyyət işçiləri iştirak edib.

Toplantıda konfransdan hazırlanmış qısa video-filmə baxış olub. Daha sonra iclasda çıxış edən DAMM İB İH-nin üzvü Rasim Məmmədov təşkilatın son aylardakı fəaliyyəti, eyni zamanda görülən işlər barədə geniş məlumat verib. R.Məmmədov onu da xatırladıb ki, İdarə Heyətinin fövqəladə iclasını keçirməkdə əsas məqsəd ümumi Konfransın qərarını yerinə yetirmək, DAMM İB-yə yeni prezident və I vitse-prezidentini seçməkdir.

Sonda İH üzvlərinin yekdil qərarı ilə Azərbaycan Yazıçılar Birliyinin katibi, dedektiv əsərlərin dünya şöhrətli müəllifi, xalq yazıçısı Çingiz Abdullayev DAMM İB-nin yeni prezidenti, İNK İH-nin sədri Rasim Məmmədov isə l vitse-prezidenti, Milli Məclisin üzvü Rəşad Mahmudov, ictimai xadimlər Hacı Quliyev və Rəhilə Həsrətova isə vitse-prezidentlər seçiliblər.Axar.az

Çingiz Abdullayev yeni vəzifədə


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar