Sizin Reklam Burada
Xəbər lenti
09-05-2024
08-05-2024
BÜTÜN XƏBƏRLƏR

"Reket jurnalistika"ya qarşı mübarizə gücləndirilir - VİDEO

Tarix: 28-10-2018 21:44     Baxış: 3252 A- / A+
"Reket jurnalistika"ya qarşı mübarizə gücləndirilir - VİDEO


Vətəndaşlar barəsində rüsvayedici və böhtan xarakterli məlumatlar yayılır, bu üsulla müxtəlif şəxslərdən pul toplanılır.
Manevr.az-ın xezerxeber-ə istinadə məlumatına görə, Reallıq.info saytının rəhbəri İkram Rəhimovun Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən saxlanılması "reket jurnalistika"ya qarşı mübarizəni daha da aktuallaşdırıb. Mətbuat Şurasının bununla yaydığı bəyanatdan belə aydın olur ki, il ərzində belə "reket jurnalistlər"ə xəbərdarlıqlar edilib. Görünür, xəbərdarlıqlara məhəl qoymayan, adını "jurnalist" qoyub, amma "reket"liklə məşğul olanlar hələ də var.

Azərbaycan Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli bildirib ki, "reket jurnalistlər"lə bağlı il ərzində onlara müxtəlif iddialar, fərqli bölgələrdən şikayətlər daxil olub. Onun sözlərinə görə, Azərbaycanda mətbuatın hərtərəfli inkişafı üçün demokratik mühit olduğundan bəzi şəxslər sui-istifadə hallarına yol verirlər. Şuranın sədr müavini deyir ki, daxil olan şikayət əsasında "reketlik"lə məşğul olanlara xəbərdarlıqlar edilib. Bundan nəticə çıxaranlar da olur, çıxarmayanlar da. "Reketlik"lə məşğul olanların aqibəti isə heç də yaxşı olmur.

O vurğulayıb ki, "reket jurnalistika"sı ilə məşğul olanlara qarşı bundan sonra da ciddi mübarizə aparılacaq.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar