Sizin Reklam Burada
Xəbər lenti
08-11-2026
07-11-2026
06-11-2026
BÜTÜN XƏBƏRLƏR

Emil RASİMOĞLU: "...bütün qovuşanlar ayrılmağı bacarmayanlardı... " (şeir)

Tarix: 25-10-2018 21:44     Baxış: 1756 A- / A+
Emil RASİMOĞLU: "...bütün qovuşanlar ayrılmağı bacarmayanlardı... " (şeir)

Emil RASİMOĞLU

***

Bakirə otaqların üz tutduğu
adamlardısa tənhalıq,
bütün qovuşanlar ayrılmağı
bacarmayanlardı...
Çünki hələ də hamı ölür,
hələ də
fəsillərin çöl tərəfidi həyat...

...Əllərinin bətnindən hər gün ölü
doğuluram
islanmış ağaclara balıqlar
aldandıqca.
Daha qorxma,
tək adamlar qarımaz ki, dostum,
çək gözlərini saatdan,
bax, qollarına bükülən küçələrə...

...Sən demə,
bağışlamaq da xəyanət imiş,
qadın olmaq da,
elə azadlıq da...
Qəbirlər də diş çıxartdı görüş
yerimizdə
Axı şəkillərimizin arxasından başladı uzaqlar...

...Bağışla,
bağışla qara paltarlı kibrit
dənələrini!
İndi sənə qədər kim varsa- itgin payızdı...
...Səndən o yana bir qanad göy
üzü də yox,
tərk etməyə vətən də,
gecələməyə bir kirayə adam da...

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar