Sizin Reklam Burada
Xəbər lenti
26-02-2025
25-02-2025
BÜTÜN XƏBƏRLƏR

Məktəb direktoru: “Başı xəmirli tut arağı istədim…”

Tarix: 25-10-2018 15:15     Baxış: 4452 A- / A+
Məktəb direktoru: “Başı xəmirli tut arağı istədim…”


Bakı Ağır Cinayətlər Məhkəməsində rüşvət almaqda təqsirləndirilən amerikapress.com saytının rəhbəri Rauf Sultanova hökm oxunub.

Manevr.az-ın qafqazinfo-ya istinadən verdiyi xəbərə görə, hakim Novruz Kərimovun icraatında olan prosesdə məhkəmə kollegiyasının hökmü ilə R.Sultanov 3 il müddətinə azadlıqdan məhrum edilib.

R.Sultanov Maştağa qəsəbəsində yerləşən 187 saylı orta məktəbin direktoru Nailə Məmmədovadan rüşvət almaqda ittiham olunur.

N.Məmmədova məhkəmədə deyib ki, 2017-ci ilin avqustunda mətbuatda barəsində xoşagəlməz yazılar dərc olunub və jurnalistlər zəng edərək ondan pul tələb ediblər: “5 min manat tələb etdilər, 2 minə razılaşdıq. Rauf tez-tez mənə zəng edirdi, gecələr zəng edib məni narahat edirdi, mənimlə şəxsi münasibət qurmağa çalışırdı. Məndən əl çəkməsi üçün ona yalvarırdım. Sonra məcbur olub Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə şikayət etdim. Əməliyyat quruldu, pulu vermək üçün onun evinə getdim. İçki təklif etdi, başı xəmirli tut arağı istədim. İdarənin işçiləri gecikirdi deyə onu söhbətə tutub başını qarışdırdım. Sonra həmin jurnalisti yerə yıxıb üstündə oturdum ki, qaça bilməsin”.

Rauf Sultanov bundan əvvəl polisə müqavimət və dələduzluğa görə iki dəfə məhkumluq həyatı yaşayıb. O həm də İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədr müavini olub.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar