Xəbər lenti 
					
 
		Eldar Mahmudov istintaqda dindirilib - "adamları" onun adını çəkirlər

“MTN işi” ilə bağlı Gununsesi.info saytına ilginc məlumatlar daxil olub. Bildirilir ki, keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudov həbs olunmasa da, istintaqdan kənarda saxlanılmayıb.
Xüsusi qrup onun günlərlə dindirərərək ifadəsini alıb. Onun ifadələrində rəhbərlik etdiyi dəstəsi barədə dəqiq bilgi yoxdur. Lakin o məlumdur ki, dəstə üzvləri bütün işləri Eldar Mahmudovun göstərişilə yerinə yetirdiklərini deyiblər. Həmçinin bu dəstənin qurbanları olan çoxsaylı iş adamları, vəzifə sahibləri də ifadələrində daha çox Eldar Mahmudovun adını çəkiblər.
“Təbii ki, onlar Eldar Mahmudovun adını onun dəstə üzvlərinə istinadən çəkiblər. Dəstə üzvləri tora saldıqları şəxslərə bütün bunları Eldar Mahmudovun göstərişilə etdiklərini deyiblər. Bütün bunlar təfərrüatı ilə həmin şəxslərin ifadələrində əks olunub”, – deyə məlumatı verən mənbə bildirib.
Qaynaq deyir ki, ifadələrdə Eldar Mahmudovun adının qırmızı xətlə keçməsi istintaqı çətinə salıb: “Bu halda Eldar Mahmudovsuz məhkəmə prosesinin keçirilməsi absurd olar. Ya məhkəmə qapalı keçirilməlidir, ya da Eldar Mahmudov da həbs olunmalıdır. Amma daha çox məhkəmə prosesinin qapalı keçirilməsi üzərində dayanılıb. Lakin hakimiyyət fərqindədir ki, bu, ictimaiyyət tərəfindən birmənalı qarşılanmayacaq. Məhkəmə qapalı keçirələcəyi təqdirdə bu növbəti tamaşa kimi qiymətləndiriləcək”.
Qeyd edək ki, “MTN işi” çərçivəsində 19 nəfər həbs olunub. Onlardan bir çoxu general rütbəsi daşıyır. Lakin hansısa səbəbdən Eldar Mahmudov azadlıqda saxlanılıb. Bəzi iddialara görə, Eldar Mahmudovun hələ də həbs olunmaması onun əlində hakimiyyətlə bağlı ciddi kompromatların olması ilə əlaqədardır.
Manevr.az
	
	
	
 	Xəbəri paylaş
	
			
 
   
  
                
                
            
             
            
Çox oxunanlar
Son yüklənənlər



 Axtarış
 Reklam 
				 
 İqtisadiyyat 
       
		 Yazarlar
       İmarət Cəlilqızı
		   
Emil Rasimoğlu
		   
Emil Rasimoğlu
		   
Emil Rasimoğlu
		   
Cahangir NAMAZOV
		   
-Təranə Dəmir
		   
- Sevil Nuriyeva
		   
 Sorğu 
				 Portalımızı dəyərləndirin.
 Çox oxunanlar 
 
				 
















 
 















