Sizin Reklam Burada
Xəbər lenti
08-11-2026
07-11-2026
06-11-2026
BÜTÜN XƏBƏRLƏR

Bakıda universitetdə qəribə qadağa (FOTO/AÇIQLAMA)

Tarix: 20-10-2018 10:26     Baxış: 2355 A- / A+
Bakıda universitetdə qəribə qadağa (FOTO/AÇIQLAMA)


Azərbaycanın Odlar Yurdu Universitetində qəribə qadağa qüvvəyə minib.


Manevr.az a24.az-a istinadən xəbər verir ki, universitet rəhbərliyinin göstərişi ilə qüvvəyə minən qadağaya görə ali təhsil müəssisəsində xanım tələbələrə dikdaban ayaqqabı geyinmək yasaqlanıb.

Bununla əlaqədar olaraq, "Diqqət! Diqqət! Universitetin binasına dikdaban ayaqqabı ilə girmək qəti qadağandır” – deyə, universitet binasının foyesində məlumat da yerləşdirilib.

Ali təhsil müəssisəsinin bir qrup tələbəsinin verdiyi məlumata görə, bu qadağa bir aya yaxındır ki, qüvvəyə minib. Bu qadağa isə xanım tələbələrin etirazına səbəb olub.
Bakıda universitetdə qəribə qadağa (FOTO/AÇIQLAMA)


Məsələ ilə bağlı azedu.az Odlar Yurdu Universiteti ilə əlaqə yaradıb. Univerisitetin mətbuat katibi Günay İmanova bildirib ki, burda hər hansı qadağadan söhbət gedə bilməz:

"Biz tələbələr qadağa qoymamışıq. Sadəcə, dikdaban ayaqqabı ilə otaqların yanından keçəndə səslər avtomatik dərs prosesini pozur. Bu mənada, tələbələrə məlumat verilib. Məncə, tələbələr buna etiraz etməməlidir”.


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar