Sizin Reklam Burada
Xəbər lenti
12-09-2025
BÜTÜN XƏBƏRLƏR

“Oğru dünyası”ndakı döymələrin İNANILMAZ SİRLƏRİ - FOTO

Tarix: 11-10-2018 23:46     Baxış: 3266 A- / A+
“Oğru dünyası”ndakı döymələrin İNANILMAZ SİRLƏRİ - FOTO

Döymələr həbsxana həyatının ayrılmaz hissəsidir. Bu döymələrdən məhbusun həyatını da oxumaq olur. Adətən məhbusun bədənindəki döymələr "polis üçün pasport" sayılır.

Manevr.az publika.az-a istinadən cinayət aləmindəki döymələrin mənasının təqdim edir:

Dəniz qulduru: Bu soyunğuçuluğa işarədir. Soyğunçular həmçinin, kəllə və xəncər döymələrindən də istifadə edirlər. Bu döymələr son dövrlər dəbə minib.
“Oğru dünyası”ndakı döymələrin İNANILMAZ SİRLƏRİ - FOTO

Ayı təsviri: Bu seyf oğrularının döyməsidir və ayı ovçusu mənasını verir.
“Oğru dünyası”ndakı döymələrin İNANILMAZ SİRLƏRİ - FOTO

Açarlı pişik: Bu döymə mənzil oğrularına xasdır. Bununla yanaşı, cibgirlərin də özünəməxsus döymələri olur. Onlar adətən tarakan, arı kimi həşarataları seçirlər. Lakin son dövrlər bundan çəkinirlər. Çünki belə döymələr cibgirləri ələ verir.
“Oğru dünyası”ndakı döymələrin İNANILMAZ SİRLƏRİ - FOTO

Barmaqlıqlar, yaxud tikanlı məftillər arasında qızılgül: Belə döymələr azyaşlı vaxtdan həbsxanaya düşən məhbuslara aiddir. Bu, ömrünün ən gözəl günlərinin həbsxanada keçirilməsi mənasını daşıyır.
“Oğru dünyası”ndakı döymələrin İNANILMAZ SİRLƏRİ - FOTO

Qucağında körpə olan Məryəm: Bu, "mənim evim həbsxanadır" mənasını daşıyır. Hazırda məhbuslar arasında dini motivli döymələr məşhurdur. Hətta müsəlman məhbusların da dini döymələrdən istifadə etdiyi deyilir.
“Oğru dünyası”ndakı döymələrin İNANILMAZ SİRLƏRİ - FOTO

Oğru ulduzları (səkkizgüşəli ulduz): Əvvəllər bu, həbsxanada nüfuzun göstəricisi hesab olunurdu. Lakin son dövrlər bütün məhbusların belə döymələrdən istifadə edə bildiyi deyilir. Həbsxana həyatının tədqiqatçıları bildirirlər ki, bu gün çoxlu döymələri olanlar adətən axmaqlar sırasında yer alır. Yəni əvvəllər olduğu kimi, indi çoxlu döymələrə sahib olan məhbus o qədər də hörmət sahibi sayılmır. SSRİ dövründə isə oğru ulduzları fərqli mənaya sahib idi. Bu, "heç vaxt paqon daşımayacam", yaxud "polisin qarşısında diz çökməyəcəm" demək idi. Bu oğru ideologiyası idi. Əgər "oğru dünyası"na aid olmayan məhbus belə döymə vururdusa, buna görə mütləq cavab verməli olurdu. 90-cı illərdən başlayaraq, bu döymələri əksər məhbus vurmağa başladı. Tədqiqatçılar bildirir ki, bu gün həbsxanada "döymə üçün cavab verilmir" prinsipi hökm sürür.
“Oğru dünyası”ndakı döymələrin İNANILMAZ SİRLƏRİ - FOTO

Üzüklər: Bu döyməni daşıyan məhbuslar da kiçik yaşlarından həbsxanaya düşənlərdir. Belə döymə üzüklər müxtəlif olur, lakin ümumi mənası eynidir.
“Oğru dünyası”ndakı döymələrin İNANILMAZ SİRLƏRİ - FOTO

Yelkənli gəmi: Bu qaçışın simvoludur. Bu döymə onu bildirir ki, məhbus azadlığa can atır.
“Oğru dünyası”ndakı döymələrin İNANILMAZ SİRLƏRİ - FOTO

Günbəzli məbəd: Ən çox yayılan döymələrdən hesab olunur. Məhbus həbsxanaya düşərkən məbədin üzərində gümbəz döymələri vurur. Azadlığa çıxana qədər bu davam edir. Bu, məhbəsdə olduğu müddəti göstərir.
“Oğru dünyası”ndakı döymələrin İNANILMAZ SİRLƏRİ - FOTO



Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar