Sizin Reklam Burada
Xəbər lenti
04-09-2025
03-09-2025
BÜTÜN XƏBƏRLƏR

Baş Qərargah rəisinin qiyamçılarla danışığı üzə çıxdı

Tarix: 31-10-2016 12:06     Baxış: 3470 A- / A+
Baş Qərargah rəisinin qiyamçılarla danışığı üzə çıxdı


15 iyul dövlət çevrilişinə cəhd zamanı həbs edilən general Hakan Evrimin ikinci ifadəsi ortaya çıxıb.

General Türkiyə ordusunun əsir götürülən Baş Qərargah rəisi Hulusi Akarla bağlı maraqlı məlumat verib.

Onun sözlərinə görə, Akar Akıncı bazasında üsyançılara məsələnin danışıqlar yolu ilə həll ediləcəyini deyib. Bunun üçün o, keçmiş prezident Abdullah Gül və sabiq baş nazir Əhməd Davudoğlunun prosesə qatıla biləcəyini qeyd edib:

“Otağa girəndə Akar, Akın Öztürk, Məhməd Dişli, Kubilay Səlcuq, Ömər Faruk Harmancıq və 2-3 mülki şəxs gördüm. Heç kim əlibağlı deyildi. Otaqda olanların heç birində silah yox idi.
Tanımadığım bu adamlar Akar və Öztürkə çevrilişi izah edirdi. Akara nəsə təklif etdiklərini eşitməmişəm. Sadəcə, Akar indiki bir vaxtda Türkiyə ordusunun çevrilişə qalxmasının qəbul edilməyəcəyini, özünün də, müxalifətin də narazı qaldığı bəzi məsələlərin olduğunu, ancaq bunun üçün çevrilişə ehtiyac olmadığını dedi.
Akar cəmiyyətin bütün təbəqələrinin iştirak etdiyi bir konsensusla problemlərin həll edilə biləcəyini danışırdı. Hətta o, Abdullah Gül və Əhməd Davudoğlu kimi adamları, müxalifəti cəlb etməklə problemlərin həll edilə biləcəyini de
di”.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar