Xəbər lenti
Bu ölkədə sayımız azalır, yoxsa məktəblərimiz? -MÜNASİBƏT
1989-cu ildən bu vaxta qədər Gürcüstanda azərbaycanlıların təhsil aldığı məktəblərin, eləcə də orada dərs deyən müəllimlərin və təhsil alanların sayının kəskin şəkildə azalmasının obyektiv və subyektiv səbəbləri var. Subyektiv səbəbləri odur ki, 1989-cu ildən sonra azərbaycanlıların böyük bir hissəsi Gürcüstandakı durumun ağırlığından dolayı ölkədən getmək məcburiyyətində qaldı. 90-cı illərdə Gürcüstanda milliyətçi düşüncəyə sahib hakimiyyət var idi. Bu da oradakı soydaşlarımızın sıxışdırılması ilə nəticələnirdi.
Manevr az xəbər verir ki, bu sözləri Axar.az-a açıqlamasında "Birlik" jurnalının baş redaktoru, Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin icra katibi İlqar İlkin Gürcüstanda yaşayan soydaşlarımızın təhsil problemləri barədə danışarkən deyib.
“Hazırda Gürcüstandakı milli məktəblərdə çalışan müəllimlərin sayının azalması ilə yanaşı, bir problemi də ondan ibarətdir ki, Azərbaycan məktəblərində direktorların gürcü millətindən təyin edilməsi ilə bağlı cəhdlər var. Bu da öz növbəsində müəyyən problemlər yaradır”, - İ.İlkin deyib.
İ.İlkinin sözlərinə görə, bu təkcə soydaşlarımızın problemi deyil, ölkələrarası dostluğa və strateji əməkdaşlığa bağlı olan bir məsələdir:
“10 il əvvəl Gürcüstanda yaşayan azərbaycanlıların problemlərini daha qabarıq şəkildə önə sürürdüksə, bu gün daha az diqqət yetiririk. Əvvəllər azərbaycalıların gürcü cəmiyyətinə inteqrasiya olunmasını gözləyirdiksə, artıq son 5 ildə bu proses başlayıb. Gürcüstandakı soydaşlarımızın gürcü dilini öyrənməsinə önəm verməsi sevindirici haldır. Bu həm də oradakı soydaşlarımızın dövlət qulluğunda çalışa bilməsi üçün vacibdir. Ancaq bu o demək deyil ki, biz onillərlə mövcud olan anadilli təhsili, mədəni muxtariyyəti unutmalıyıq. Gürcü dilini öyrənmək ayrı, anadilli təhsil ayrı məsələdir. Ana dilində olan məktəblərdə gürcücəni mükəmməl öyrənmək daha doğrudur”.
Qeyd edək ki, təhsil eksperti Kamran Əsədov hazırda Gürcüstanda işləyən azərbaycandilli məktəblərdəki müəllimlərin 80 faizinin təqaüdçü olduğunu və orada ciddi şəkildə kadr çatışmazlığı yaşandığını bildirib. Ekspert həmçinin qeyd edib ki, 1989-cu ildə 183 azərbaycandilli məktəb, bu məktəblərdə 6922 müəllim var idisə, 2018-ci ildə məktəbin sayı 80-ə, müəllimlərin sayı isə 3628-ə düşüb.
Manevr az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar