Xəbər lenti
Qəbələyə dəmir yolu xətti çəkilir - VİDEO
Son vaxtlar Azərbaycan Dəmir Yollarında təmir bərpa işləri ilə yanaşı yeni dəmir yol xətləri də çəkilir. Yeni çəkilən dəmir yol xətlərindən biri də Qəbələ hava limanı istiqamətinə çəkilir. 43 km-lik bir xətli dəmir yolunun çəkilişi ilə yanaşı , 75 su ötürücü, 14 tünel və körpü də inşa ediləcək.
Azərbaycanda turizm mərkəzlərinə dəmir yolu çəkilişi üzrə işlər davam edir. Bakı-Böyükkəsik dəmir yolundan ayrılaraq Qəbələ istiqamətinə çəkilən yeni yolda işlərə start verilib.
Qəbələyə yol Ləki stansiyasından dönməklə çəkiləcək. Əvvəlcə Bakıdan Ləki stansiyasınadək, sonra Ləkidən sağ tərəfə çıxıb, Ağdaşın ərazisindən keçməklə Qəbələnin hava limanına qədər gediləcək. Dəmir yolunun çəkilişi üçün tikinti materealları qərb və şimal-qərb bölgəsindən gətirilir.
Dəmir yol xəttinin 20 km-lik məsafəsi Qəbələ rayonUNda daglıq əraziyə düşür. Sözü gedən ərazidə işlərin aparılması üçün layihə hazırlanıb, torpaq sahəsi ayrılıb və ərazidə işlərə start verilib.
Şahin Cavadovun sözlərinə görə, 43 km-lik bir xətli dəmir yolunun çəkilişi zamanı, 75 su otürücü, 14 tünel və körpü, yolun 15-ci km-də Ağdaş rayonu Qarağan-Şıxlar kənd ərazisində stansiya, Qəbələ hava limanı yaxınlığında vağzal tikiləcək. Hazırda dəmir yol xəttinin 14-cü km-də 27 metrlik körpünün inşası aparılır.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar