Sizin Reklam Burada
Xəbər lenti
01-05-2024
30-04-2024
BÜTÜN XƏBƏRLƏR

Azərbaycan Yazıçılar Birliyinin Moskva bölməsində YENİ TƏYİNAT

Tarix: 08-10-2018 18:53     Baxış: 3476 A- / A+
Azərbaycan Yazıçılar Birliyinin Moskva bölməsində YENİ TƏYİNAT


Azərbaycan Yazıçılar Birliyinin (AYB) Moskva bölməsinə yeni sədr təyin olunub.

Manevr.az report-a istinadən xəbər verir ki, bunu birliyin katibi Rəşad Məcid bildirib.

Onun sözlərinə görə, AYB-nin Moskva bölməsinin sədri vəzifəsi tərcüməçi, tənqidçi, publisist Abuzər Bağırova həvalə edilib.
İndiyə qədər bölməyə Tofiq Məlikli rəhbərlik edib. R.Məcid deyib ki, AYB rəhbərliyi sədr kimi gördüyi işlərə görə Tofiq Məlikliyə təşəkkür elan edib.

Qeyd edək ki, Abuzər Bağırov 1954-cü il dekabrın 17-də Azərbaycanın Gədəbəy rayonunun Rüstəm Əliyev kəndində (indiki Miskinli) anadan olub. Burada kənd orta məktəbini bitirib. Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Dil və ədəbiyyat fakültəsində təhsilini davam etdirib.. Əmək fəaliyyətinə təyinatla göndərildiyi Puşkin rayonunda (indiki Biləsuvar rayonu) Ş.Qurbanov adına 2 saylı orta məktəbdə müəllim kimi başlayıb. SSRİ Ədəbiyyat Fondunun Azərbaycan şöbəsində müxtəlif vəzifələrdə (Natəvan adına Yazıçılar klubunun müdiri, Şüvəlandakı Səməd Vurğun adına Yazıçıların yaradıcılıq evinin direktoru) işləyib. Sonra Moskvada Peredelkino SSRİ ədəbiyyat fondunda təminat şöbəsində rəis müavini olunub. Bədii yaradıcılığa 70-ci illərin axırlarından başlayıb. Onun tərcümələri, ədəbi tənqidi məqalələri dövri mətbuatda müntəzəm çap edilir. 1989-cu ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar