Sizin Reklam Burada
Xəbər lenti
05-05-2024
04-05-2024
BÜTÜN XƏBƏRLƏR

"Bir dünya Sevinc"-Sumqayıtda şair Sevinc Qəribin oxucularla görüşü keçirilib

Tarix: 07-10-2018 16:20     Baxış: 2419 A- / A+
"Bir dünya Sevinc"-Sumqayıtda şair Sevinc Qəribin oxucularla görüşü keçirilib

Şair Sevinc Qəribin oxucularla görüşü keçirildi

Manevr.az xəbər verir ki, ”Dəlidağ” Ədəbi Birliyinin təşəbbüsü, M.Ə Rəsulzadə adına Kitabxananın təşkilatçılığı ilə keçirilən “Bir dünya Sevinc” adlı tədbirdə şairin həmkarları, yaxın dostları, iş yoldaşları və oxucuları iştirak edib. Tədbir dövlət himnimizin səslənməsi ilə başladı. Ədəbi gecəni giriş sözü ilə kitabxana müdiri Ofelya Qafarova açaraq qonaqları salamladı, tədbir haqqında qısa arayış etdi və sözü “Dəlidağ” Ədəbi Birliyinin sədri, şair, jurnalist Namiq Dəlidağlıya verdi. N.Dəlidağlı şairin yaradıcılığından və ümumən ədəbi fəaliyyətindən geniş danışdı. Sonra şairi onun üçün ayrılmış kürsüyə dəvət etdi. S.Qərib gələn qonaqları şeirlə salamladı. Tədbirin aparıcılığını öz üzərinə götürən müəllif bildirdi ki, görüş onun adıyla bağlı olsa da hər bir iştirakçı söz demək imkanına malikdir. Tədbirdə iştirak edən şairlərdən Məryəm Aslanqızı, Xatirə Fərəcli, Rafiq Oday, Asif Asiman, İlqar Türkoğlu, Lilpar Cəmşidqızı, Elli Atayurd, Mayil Məmmədli, Ədalət İzzətoğlu, jurnalist Aygün Hacıyeva, Sumqayitfakt.az saytının əməkdaşı Natiq İsmayıloğlu, orta məktəb müəllimləri Sevinc Alıyeva, Vüqar Xəyal və digər qonaqlar şairin yaradıcılığından danışıb, ona uğurlar arzulayaraq şeirlərindən nümunələr söylədilər. Saz ifaçısı, şair Ruhiyyə Qarabağlı öz ifaları ilə tədbirə rəng qatdı. Şairin görüşünə gələn “Məşəl” Əlillər Cəmiyyətinin üzvləri, SDU-nun tələbələri, TET Gimnaziyanın, 15 saylı orta məktəin şagirdləri həzin musiqi fonunda müəllifin yaradıcılığından nümunələr səsləndirdilər. Tədbir boyunca S.Qərib iştirakçılara yeni şeirlərini oxudu. Səmimi, ürəkaçan və gözəl ab-havada keçən tədbirin sonunda müəllif “Dəlidağ” Ədəbi Birliyinə, M.Ə. Rəsulzadə adına kitabxana kollektivinə və bütün iştirakçılara təşəkkürünü bildirdi. Birlik sədri N.Dəlidağlı və kitabxana rəhbəri O.Qafarova da öz növbələrində hər kəsə təşəkkür ünvanlayaraq, şairə uğurlar arzuladılar.

Manevr.az

Xəbəri paylaş

Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə

Çox oxunanlar

Son yüklənənlər

Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu

Portalımızı dəyərləndirin.

Çox oxunanlar