Sizin Reklam Burada
Xəbər lenti
07-05-2026
06-05-2026
BÜTÜN XƏBƏRLƏR

Latviya vətəndaşı Azərbaycandan üzr istədi

Tarix: 03-10-2018 18:46     Baxış: 3267 A- / A+
Latviya vətəndaşı Azərbaycandan üzr istədi

Latviya Respublikasının vətəndaşı, "IMPRO Travels LTD" tur agentliyinin əməkdaşı Harijs Egliens Xarici İşlər Nazirliyinə məktubla müraciət edərək adının "Azərbaycan Respublikasının işğal edilmiş ərazilərinə qanunsuz səfər etmiş əcnəbilərin siyahısı”ndan çıxarılmasını xahiş edib.

XİN-dən verilən məlumata görə, o, məktubunda 2015-ci ilin oktyabr ayında Dağlıq Qarabağa səfər etdiyini bildirib və səfərinin doğuracağı nəticələr barədə məlumatlı olmadığını ifadə edib.

H.Egliens bu səfərin Azərbaycan Respublikasına və xalqına qarşı heç bir halda hörmətsizlik anlamı daşımadığını vurğulayıb. O, Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyinə və qanunlarına hörmət etdiyini qeyd edərək sözügedən səfərlə əlaqədar Azərbaycan dövləti və xalqından üzr istədiyini qeyd edib.

H.Egliens səfərlə əlaqədar təəssüfünü ifadə edərək Ermənistan tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərinə səfərin heç bir halda bu bölgədə yaradılmış qondarma rejimin təşviqinə xidmət etmədiyini ifadə edib. O həmçinin gələcəkdə Azərbaycanın işğal edilmiş ərazilərinə səfər etməyəcəyini vurğulayıb.

Sonda H.Egliens gələcəkdə Azərbaycana səfəri üçün icazə verilməsini xahiş edib.

Onun müraciəti müvafiq qaydada nəzərdən keçirilib və adının "arzuolunmaz şəxslər siyahısı"ndan çıxarılmasına dair qərar qəbul edilib.(qaynarinfo)


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar