Sizin Reklam Burada
Xəbər lenti
28-11-2024
27-11-2024
BÜTÜN XƏBƏRLƏR

Bakı meriyasında xüsusi komissiya yaradıldı: çoxlarının başı ağrıyacaq

Tarix: 03-10-2018 11:29     Baxış: 4372 A- / A+
Bakı meriyasında xüsusi komissiya yaradıldı: çoxlarının başı ağrıyacaq


Eldar Əzizov BŞİH-də ciddi təmizləməyə start verir

Bakı Şəhər İcra Hakimiyyətində (BŞİH) inventarlaşdırma işlərinin aparılması ilə bağlı komissiya yaradılıb. Bununla bağlı BŞİH başçısı səlahiyyətlərini icra edən Eldar Əzizov sərəncam imzalayıb.

Yoxlamalar icra hakimiyyətinin bütün strukturlarında, o cümlədən Bakı Lift-Təmir İstehsalat Birliyində də tam və hərtərəfli şəkildə aparılacaq.


BŞİH-dən bildirildiyinə görə, “inventarlaşdırma işləri normal hal sayılır və vaxtaşırı olaraq bütün idarə və təşkilatlarda keçirilir”. Lakin indiyədək Bakı meriyası tərəfindən hər hansı inventarlaşdırma ilə bağlı məlumat ictimaiyyətə açıqlanmayıb. Ümumiyyətlə, BŞİH son aylaradək fəaliyyətini tam qapalı saxlayan, bu barədə ictimaiyyətə ən adi informasiyaları belə verməyən dövlət qurumu olub. Bu baxımdan, həyata keçiriləcək inventarlaşmanın sıradan bir proses olmayacağı bəri başdan aydındır.

Nəzərə almaq lazımdır ki, uzun illər boyu BŞİH-in gəlir-çıxarı, həyata keçirdiyi tikinti-yenidənqurma işlərinin dəyəri, 3 milyon nəfərlik əhalisi olan şəhərin təsərrüfatından əldə olunan böyük gəlirlər, dövlət büdcəsindən ayrılan yüz milyonlarla manat vəsaitin hara xərcləndiyi, nə alınıb, nə satıldığından ölkə əhlinin heç bir məlumatı olmayıb. Bakı rəhbərliyinin həyata keçirdiyi çoxmilyonluq alqı-satqıların yalnız rəsmi tender siyahısına düşən hissəsi barədə xəbər tuta bilmişik. Bu tenderlər də əsasən BŞİH-ə tabe olan uşaq bağçaları üçün mərkəzləşmiş qaydada ərzaq alınması üçün keçirilib. Tenderlərin açıqlanan nəticələri hamını heyrətə gətirib: on milyonlarla, hətta yüz milyonlarla manatlıq tenderlərin qalibi 2-3 ay əvvəl yaradılan, adı-sanı heç kəsə bəlli olmayan şirkətlər elan edilib. Elə buna görə də uşaq bağçalarının ərzaq təminatı cəmiyyətin yaralı yeri olub.

Bakı meriyasında xüsusi komissiya yaradıldı: çoxlarının başı ağrıyacaq


Bakı meriyasının gəlirləri çoxistiqamətli və çoxmilyonlu idi: Bakı şəhərində küçə reklamlarından (Reklam Agentliyi yaradılanadək) tutmuş, küçə ticarətinə qədər çoxsaylı mənbələri vardı. Paytaxt ərazisində inşa edilən yüzlərlə göydələnə torpaq ayrılması, tikintiyə icazənin verilməsi işlərinə BŞİH baxırdı. Tikilən hər binadakı mənzillərin 10 faizi bu quruma verilir. Üstəlik, hər il dövlət büdcəsindən bu quruma tikinti-təmir işləri üçün yüz milyonlarla manat ayrılır. Bu qədər gəlirlərin qarşılığında Bakının bir dərdi olmamalıydı...

Amma reallıq budur ki, Bakı şəhərinin təsərrüfatı heç də o gəlirlərə uyğun səviyyədə deyil. Ən adi bir misal. Uzun illərdir Bakıdakı çoxmərtəbəli binaların sakinləri lift problemindən əziyyət çəkirlər. “Yeni Müsavat” olaraq dəfələrlə bu və başqa ərazilərdə liftin işləməməsi üzündən sakinlərin çəkdiyi əziyyətlər barədə material dərc etmişik. Hər dəfəsində də BŞİH-in Lift idarəsindən bildirilib ki, bütün liftləri yeniləməyə qurumun maddi imkanı yoxdur. Halbuki indilərdə məlum olur ki, Bakıda yeni liftlərin alınaraq quraşdırılmasına milyonlar xərclənib. Məlum olduğu kimi, ABŞ-ın “United Technologies Corporation” şirkəti sentyabrın 12-də bu ölkənin Qiymətli Kağızlar Komitəsinə (SEC) 13,4 milyon dollar cərimə ödəməyə razılaşıb.

SEC-in rəsmi saytında yer alan xəbərə görə, buna səbəb şirkətin törəmə müəssisəsi olan “Otis Elevator Co.” lift istehsalı şirkəti tərəfindən Bakı Lift-Təmir İstehsalat Birliyinə (SEC-in sənədlərində bu müəssisənin adı “Liftremont” kimi gedir) rüşvət verilməsidir(virtualaz.org).

SEC bildirir ki, “Otis Elevator Co.” Bakının dövlət balansında olan binalarını liftlə təchiz etmək üçün Bakı Lift-Təmir İstehsalat Birliyinin məmurlarını rüşvətlə ələ alıb. Bununla da ABŞ-ın Xarici Korrupsiyaya qarşı Mübarizə Aktını pozub. “United Technologies Corporation” Azərbaycan məmurlarına rüşvət verdiyini nə təsdiq, nə təkzib edir.

SEC şirkətə qarşı təhqiqatı daxili administrativ sərəncam çərçivəsində aparıb və işin məhkəməyə göndərilməməsi üçün “United Technologies Corporation”a cərimə ödəməyi təklif edib. Şirkət təkliflə razılaşıb və 13,9 milyon dolları dövlətə ödəyib.

SEC bildirir ki, 2012-ci ildə Bakı Şəhər İcra Hakimiyyəti şəhərin ictimai yaşayış binalarının yeni liftlərlə təchiz edilməsinə dair tender elan edib. “Otis Elevator Co.” bu tenderi udmaq üçün Bakı Lift Təmir İstehsalat Birliyinin rəhbərliyinə rüşvət verməyə razılaşıb. Rüşvətin verilməsi və liftlərin alınması üçün kağız üzərində subpodratçı şirkətlər və vasitəçilər üzərindən qurulmuş sxemdən istifadə olunub.

Bu məlumatdan aydın olur ki, BŞİH-in yalnız bir idarəsində bir tender prosesində milyonlarla dollar korrupsiya əməlinə yol verilib. Qurumun Lift Təmir İstehsalat Birliyi kimi və ondan da böyük idarələrinin sayı bəlkə də ondan yuxarıdır. Hər idarədə yalnız bir tender üzrə 14 milyon dollarlıq korrupsiyaya yol verildiyini düşünsək, söhbətin ümumilikdə çox böyük həcmdə mənimsəmələrdən getdiyini görmək olur.

Beləliklə, aydın görmək olur ki, E.Əzizovun başlatdığı inventarlaşdırma sıradan bir proses olmayacaq. Bu inventarlaşdırma BŞİH-in saysız-hesabsız qurumlarında yol verilən çox ciddi pozuntuları, korrupsiya və mənimsəmələri üzə çıxartmaq prosesinin başlanğıcıdır. Onun gedişində çoxsaylı meriya məmurlarının vəzifələrini itirəcəyi, hətta hüquq-mühafizə orqanlarında cavab verəcəyi istisna olunmur.musavat.com

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar