Xəbər lenti
Bəzi gömrük məmurları korrupsiya hallarında iştirak edir (RƏSMİ)
"Kiçik kiçik ticarətlə məşğul olan Azərbaycan vətəndaşları var ki, onlar icazə verilən həcmdən artıq və yaxud qanunla keçirilməsi icazə verilməyən malların sərhəddən keçirilməsinə cəhd edirlər”.
Manevr.az xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsinin (DGK) Texnoloji İnnovasiyalar və Statistika Baş İdarəsi rəisinin birinci müavini Anar Süleymanov Qusarda Komitəin jurnalistlər üçün təşkil etdiyi "Gömrük islahatları və Modernləşdirmə” mövzusunda keçirilən seminarda bildirib.
"Sərhədyanı zonalarda yaşayan bəzi insanlar gəlir əldə etmək məqsədi ilə tez-tez qonşu ölkələrə keçib qayıdırlar. Maraqlı isə budur ki, onlar Gürcüstan və Rusiya sərhədinə keçən kimi növbəyə dayanır və öz sırasını gözləyir, lakin Azərbaycan tərəfə keçən kimi hay-küy salmağa başlayır, gömrük işçilərini təhqir edir, növbədən kənar keçmək istəyirlər", - deyə o, qeyd edib.
A.Süleymanovun sözlərinə görə, bunun bir çox səbəbləri var: "Səbəblərdən biri bəzi gömrük məmurlarının korrupsiya hallarında iştirakıdır. Elə bu yaxınlarda bildiyiniz kimi korrupsiyaya yol verən gömrük məmuru barəsində cənab sədrin göstərişi ilə müvafiq tədbirlər görüldü. Gömrük əməkdaşları bəzən həmin vətəndaşlarla sövdələşməyə gedir. Rüşvət alan gömrük məmurunun davranışı gələcəkdə həmin vətəndaşa əsas verir ki, qanunu pozsun. Belə olan halda cəzasızlıq mühiti yaranır. Mətbuatdan da, cəmiyyətdən də istəyimiz odur ki, hadisələri obyektiv işıqlandırın və bizə dəstək verin”.
A. Suleymanov onu da bildirib ki, bəzi sərhəd rayonlarında kiçik ticarətlə məşğul olan insanlar sərhəddən siqaret və spirtli içkilər keçirilər: "Onlar insanların ağır yükünü alaraq özləri aparır. Əvəzində sərhəddi keçən insanlara bir blok siqaret və yaxud bir butulka spirtli içki verirlər. Onlara deyirlər ki, gömrüyün o başında sənden bu siqareti alacaqlar. Təbii ki, biz bu cür halları bilirik. Bütün bunlar bizə məlumdur. Ancaq hazırda bunun qarşısını qanunla almaq mümkün deyil. Bununla bağlı hər hansı cəza tədbirləri yoxdur. Bu cür insanlara qarşı hər hansı cəza tədbiri həyata keirmək mümkün deyil. Biz mətbuatı belə halları aşkar etdikdə bunu qabartmağı və bizə ictimai nəzarətdə kömək etmələrini istərdik”. /report
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar