Sizin Reklam Burada
Xəbər lenti
BÜTÜN XƏBƏRLƏR

Nazpəri də Məmmədbağırı sevirmiş? – Özü danışdı

Tarix: 27-09-2018 21:09     Baxış: 3222 A- / A+
Nazpəri də Məmmədbağırı sevirmiş? – Özü danışdı


Mərhum xalq artisti Məmmədbağır Bağırzadənin vaxtilə xalq artisti Nazpəri Dostəliyevaya aşiq olduğu açıqlanıb.


Bu barədə "ATV Şou" proqramında məlumat verilib. Verilişdə bu barədə süjet göstərilib. Həmin görüntülərdə M. Bağırzadənin Nazpərini sevməsi barədə fikirlər səsləndirilib.

Manevr.az xəbər verir ki, məsələ ilə bağlı azxeber.com-a açıqlama verən xalq artisti Nazpəri Dostəliyeva bildirib ki, ona çox sevgi etirafı edənlər olub: "Mənə çox sevgi etirafları olub. Həyatımda çoxlu belə etiraflar eşitmişəm. Təkcə Məmmədbağır Bağırzadə deyildi. Allah ona qəni-qəni rəhmət eləsin! Mən hər kəsin fikirlərinə və hislərinə hörmət edirəm, o cümlədən Məmmədbağır müəllimin də hislərinə hörmət etmişəm. Bilmirəm Nanə niyə o məsələni qabartdı, görünür sürpriz etmək istəyib. Yenə deyirəm, mən insanların hisslərinə hörmətlə yanaşıram".

"Sizin necə, Məmmədbağır Bağırzadəyə qarşı hər hansı hissləriniz olubmu?" sualına cavabında Nazpəri Dostəliyeva bu barədə danışmaq istəmədiyini deyib: "Mən bu barədə danışmaq istəmirəm. Bir daha deyirəm ki, mən bütün sevgilərə, etiraflara açıq insanam. Allah Məmmədbağıra da qəni-qəni rəhmət eləsin".

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar