Sizin Reklam Burada
Xəbər lenti
12-09-2025
BÜTÜN XƏBƏRLƏR

“Azərpoçt”un ödəniş kartları Türkiyədə də işləyəcək

Tarix: 27-09-2018 18:51     Baxış: 2200 A- / A+
“Azərpoçt”un ödəniş kartları Türkiyədə də işləyəcək

"Azərpoçt" MMC-də Türkiyənin Poçt və Teleqraf Təşkilatının (PTT) nümayəndə heyəti ilə görüş keçirilib.

"Azərpoçt"dan verilən məlumata görə, görüşün nəticəsi olaraq "Azərpoçt" MMC və PPT arasında yeni təcili pulköçürməsi sistemi vasitəsilə mübadilə aparılması üçün qarşılıqlı müqavilə imzalanması nəzərdə tutulub.

Yeni sistem üzrə aparılacaq alqı-satqı əməliyyatları, eləcə də, bağlamanın çatdırılması əlverişli rüsumla yalnız "Azərpoçt" MMC-nin və Türkiyə PTT-nin tabeli poçt məntəqələri tərəfindən reallaşdırılacaq.

Türkiyə və Azərbaycan arasında pulköçürmələrinin mübadiləsi, həmçinin digər beynəlxalq sistemlər ("Western Union", "Zolotaya Korona", "Contact", "Universal Payment Transfer") üzərindən həyata keçirilir.

Qeyd edək ki, 2010-cu ildən etibarən Türkiyə ilə "Azərpoçt" MMC arasında onlayn pulköçürmə sistemi vasitəsilə mübadilə aparılır.

Həyata keçirilməsi nəzərdə tutulan yeni layihə çərçivəsində, eyni zamanda, "Azərpoçt" MMC-nin emissiya etdiyi bütün növ beynəlxalq ödəniş kartlarının PTT-nin e-ticarət platformasında dəstəklənməsi planlaşdırılır.

Bununla yanaşı, layihə çərçivəsində PTT ilə birgə "MasterCard" loqolu "cobrand" kartlarının emissiya edilməsi, eləcə də sözügedən kartlarla platformada həyata keçirilən əməliyyatlar zamanı bonus proqramlarının işlənməsi nəzərdə tutulur.(milli.az)

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar