Sizin Reklam Burada
Xəbər lenti
22-08-2026
21-08-2026
BÜTÜN XƏBƏRLƏR

Sofiya adlı robot Bakıda "İnnovasiyalar həftəsi"ndə iştirak edəcək - FOTO

Tarix: 26-09-2018 19:48     Baxış: 3213 A- / A+
Sofiya adlı robot Bakıda "İnnovasiyalar həftəsi"ndə iştirak edəcək - FOTO

Oktyabrın 26-30-da Heydər Əliyev Mərkəzi və Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi ilə Azərbaycanda ilk dəfə beynəlxalq "İnnovasiyalar həftəsi" keçiriləcək.
Manevr.az trend-ə istinadən xəbər verir ki, bununla əlaqədar olaraq Heydər Əliyev Mərkəzinin, nazirliyin, Azərbaycan Kiberidman Federasiyasının nümayəndələri, "Keepface" və "FA International Trade Events" şirkətlərinin rəhbərlərinin iştirakı ilə mətbuat konfransı keçirilib.

"İnnovasiyalar həftəsi" çərçivəsində təşkil olunacaq sərgidə yüksək texnologiyalar sahəsində ən son yeniliklər nümayiş etdiriləcək, forumlar və müsabiqələr keçiriləcək. İştirakçılar həmçinin dünyanın ən inkişaf etmiş süni intellekt hesab olunan Sofiya adlı robotla ünsiyyət qura biləcək.

"FA International Trade Events" şirkətinin rəhbəri Nailə Babayevanın sözlərinə görə, Sofiya 60-dan çox üz ifadəsini təkrar etmək, müsahibi ilə göz əlaqəsi qura bilmək, insanları yadda saxlamaq və dialoqu davam etdirmək qabiliyyətinə malikdir:

"Sofiya Azərbaycan milli geyimində çıxış edəcək və qonaqları Azərbaycan dilində salamlayacaq".

Bundan başqa, Azərbaycan Kiberidman Federasiyası ilə birgə "Baku Open Cyber Cup" turniri keçiriləcək. Bu turnir çərçivəsində kompüter oyunları üzrə yarışlar təşkil olunacaq.
Sofiya adlı robot Bakıda "İnnovasiyalar həftəsi"ndə iştirak edəcək - FOTO

Sofiya adlı robot Bakıda "İnnovasiyalar həftəsi"ndə iştirak edəcək - FOTO

Sofiya adlı robot Bakıda "İnnovasiyalar həftəsi"ndə iştirak edəcək - FOTO


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar