Sizin Reklam Burada
Xəbər lenti
20-04-2024
19-04-2024
BÜTÜN XƏBƏRLƏR

Bakıda zorlanmadan son anda qurtarılan qadın danışdı - VİDEO

Tarix: 26-09-2018 18:47     Baxış: 3492 A- / A+
Bakıda zorlanmadan son anda qurtarılan qadın danışdı - VİDEO


Bakının Qala qəsəbəsində baş verən zorlama hadisəsinə görə sakinlər hadisəni törətməkdə şübhəli bilinən şəxs S. Quliyev​in ailəsinə qarşı çıxıblar.


Manevr.az xəbər verir ki, "qafqazinfo”nun əməkdaşları qəsəbəyə gedərək zərərçəkmiş şəxs və hadisə şahidlərini dinləyiblər.

26 yaşlı Xatirə (ad şərtidir) sentyabrın 25-i axşam saatlarında işdən evə gələrkən qonşusu S. Quliyev arxadan ona yaxınlaşaraq sakit durmasını deyib və ondan xoşu gəldiyini bildirib. Daha sonra Xatirəylə cinsi əlaqədə olmaq istəyərkən qadının müqaviməti ilə rastlaşıb. İki uşaq atası olan şübhəli şəxs Xatirəni vuraraq yerə yıxıb. Daha sonra onu soyundurmağa başlayıb, bu zaman qonşu Ruslan səsi eşidərək küçəyə çıxıb və Xatirəni onun əlindən alıb.

Nəticədə qızın sifətində bir neçə yerdən zərbənin izləri qalıb, 4 yaşlı qızı olan Xatirə polisə şikayət etsə də, S. Quliyev hələ də həbs olunmayıb. Məhz ailə və qəsəbə sakinləri də bundan narazıdır.

Hətta sakinlər tələblərində daha da irəli gedərək həmin kişinin anası, atası və arvadının da bu yaşayış sahəsindən çıxıb getmələrini istəyirlər.

Qarşı tərəfdən baş verənlərlə bağlı cavab almaq üçün şübhəlinin evinə də baş çəkdik. Onun anası əri ilə oğlunun evdə olmadığını deyərək aqressiv formada sakinlərin və bizim getməyimizi tələb etdi.

Hazırda hadisə ilə bağlı Xəzər Rayon Prokurorluğunda araşdırma aparılır.


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar