Sizin Reklam Burada
Xəbər lenti
15-10-2025
14-10-2025
BÜTÜN XƏBƏRLƏR

Rza Zərrab lüks həyat yaşayır? - Fotolar

Tarix: 21-09-2018 21:51     Baxış: 2192 A- / A+
Rza Zərrab lüks həyat yaşayır? - Fotolar

Türkiyənin “Hürriyət” qəzeti korrupsiya və “çirkli pulların yuyulması”nda ittiham edilərək 2016-cı ilin martından etibarən ABŞ-da həbsdə olan tanınmış iş adamı Rza Zərrabla bağlı maraqlı iddia ortaya atıb.

“Qafqazinfo” xəbər verir ki, qəzetin müxbiri Razi Canikligil Zərrabı Nyu-York şəhərindəki “Four Seasons Downtown” hotelində görüntülədiyini iddia edib:
“O, hotelə “Cadillac Escalade” markalı lüks avtomobillə gəlib və başqa adla qeydiyyatdan keçib. Maraqlıdır ki, onu FBI və ya özəl mühafizəçi müşayiət etməyib. Zərrab bizi görüncə dərhal hotelə qaçdı. Sürücü 2 saatdan sonra avtomobili qapının qarşısına gətirdikdən sonra oradan ayrıldılar”.
Jurnalistin yayımladığı fotolarda Zərrabı olduğu aydın görünməsə də, Nyu-York Cənub Bölgəsi Federal Baş Prokurorluğu görüntünü təkzib və ya təsdiq etməyib.
Qəzet yazıb ki, R.Zərrab bir neçə ay öncə keçirilən məhkəmədə daha az cəza almaq üçün haqqındakı iddiaları qəbul etmiş və etirafçı olmuşdu. Məhkəmə prosesindən bir ay sonra onun Vestçester həbsxanasında olduğu ortaya çıxmış, lakin o vaxtdan sonra bird aha xəbər tutmaq mümkün olmayıb. Hətta adı həbsxana qeydiyyatından da çıxarılıb.
Rza Zərrab lüks həyat yaşayır? - Fotolar

Rza Zərrab lüks həyat yaşayır? - Fotolar


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar