Sizin Reklam Burada
Xəbər lenti
BÜTÜN XƏBƏRLƏR

Misirin “Əl-Əhram” qəzetində Azərbaycan Xalq Cümhuriyyəti haqqında məqalə dərc olunub

Tarix: 21-09-2018 07:51     Baxış: 3186 A- / A+
Misirin “Əl-Əhram” qəzetində Azərbaycan Xalq Cümhuriyyəti haqqında məqalə dərc olunub

Misir Ərəb Respublikasının geniş oxucu kütləsinə malik “Əl-Əhram” qəzetində Hala Əhməd Zəkinin “Bakı - 100 il bundan öncə həyata keçirilmiş arzunun hekayəsi” adlı məqaləsi dərc edilib. Müəllif Azərbaycanın coğrafi mövqeyi, təbii sərvətləri və strateji əhəmiyyəti, həmçinin ölkəmizin geostrateji, geoiqtisadi və geosiyasi önəmi barədə məlumat verir, Azərbaycanın müsəlman Şərqində ilk demokratik respublika (1918-1920) olduğunu, 1918-ci il mayın 28-də Azərbaycan xalqının həyatında misilsiz hadisənin baş verdiyini, Şərqdə ilk parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin qurulduğunu diqqətə çatdırır.

Daha sonra müəllif müstəqillik dövründə parlamentin, milli ordunun, ilk polis bölməsinin, Bakı Dövlət Universitetinin təsis olunması, müstəqil mətbuatın formalaşması, AXC-nin xarici siyasəti, Paris Sülh Konfransı, dünya birliyi tərəfindən Azərbaycanın de-fakto tanınması və həmin dövr üçün vacib hesab edilən digər məsələlər barədə söz açır.

Məqalədə Azərbaycanın 1991-ci ildə yenidən öz müstəqilliyini bərpa etməsi, 1993-cü ildə Heydər Əliyevin xalqın tələbi ilə hakimiyyətə gəlməsi ilə Azərbaycanın hərbi gücünün artırılması, xarici siyasətin uğurları, atəşkəsin elan olunması, “Əsrin müqaviləsi”nın imzalanması, ölkə iqtisadiyyatının dirçəlməsi və sair məsələlərə toxunulur.

Məqaləsinin sonunda müəllif sentyabrın 9-da Misir Ərəb Respublikasının “Hivar” (Dialoq) Siyasi Araşdırmalar və Media Mərkəzində Emil Rəhimovun müəllifi olduğu “Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi” adlı kitabın təqdimatından bəhs edir, buradakı çıxışlardan sitatlar gətirilir.(sia.az)

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar