Sizin Reklam Burada
Xəbər lenti
04-05-2024
BÜTÜN XƏBƏRLƏR

Keçmiş polisin qonşusunu lüt soyundurub sonra öldürməsinin ŞOK SƏBƏBİ ÜZƏ ÇIXDI: Arvadını...

Tarix: 20-09-2018 15:48     Baxış: 3164 A- / A+
Keçmiş polisin qonşusunu lüt soyundurub sonra öldürməsinin ŞOK SƏBƏBİ ÜZƏ ÇIXDI: Arvadını...


Dünən Kürdəmir rayonunda keçmiş polis əməkdaşının qonşusunu güllələyərək öldürməsi hadisəsi ilə bağlı maraqlı məqamlar üzə çıxıb.

Publika.az-ın əldə etdiyi məlumata görə, rayon sakini, 1974-cü il təvəllüdlü Mübariz Əhmədov keçən il həyat yoldaşı ilə əlaqəsi olduğuna görə və mütəmadi yazışdığı üçün döydüyü Elsevər Məmmədov həmin hadisədən sonra bir müddət Rusiyada yaşayıb. Belə ki, qonşu qadınla adına xoşagəlməz sözlər yayılan və qadının həyat yoldaşı tərəfindən çöllük əraziyə aparılaraq lüt soyundurulan E.Məmmədov qonşu ölkəyə gedib. O, Rusiyada olduğu müddətdə Mübarizdən qisas almaq məqsədi ilə sosial şəbəkələrdə onun həyat yoldaşı ilə yazışmalarını paylaşıb. Bu azmış kimi Yutubda bununla bağlı video da yerləşdirib. Mübariz Əhmədovun xəbərdarlığı və digər tanıyan şəxslərin müdaxiləsindən sonra həmin paylaşımların bir hissəsi sosial şəbəkələrdən silinib.

Nəhayət bir müddət əvvəl Elsevər Rusiyadan Azərbaycana qayıdıb və Kürdəmirdəki evində yaşamağa davam edib. Bütün xoşagəlməz hadisələrin və qonşusunun onun həyat yoldaşı ilə əlaqəsinin olması ilə bağlı söz-söhbətlərin təsiri altında olan Mübariz odlu silahla onu öldürmək qərarına gəlib. O, dünən günorta saatlarında qonşusunun evinə gələrək onu güllələyib. E.Məmmədov hadisə yerindəcə keçinib.

Qeyd edək ki, keçən il Mübariz Əhmədov Elsevəri arvadı ilə yazışdığı üçün rayonda çöllük əraziyə apararaq, bir qrup şəxslə döyüb və orada Elsevəri lüt soyunduraraq geri qayıdıb. Elsevər Məmmədovun həmin hadisədən şikayətçi olması səbəbindən məhkəmə keçirilib və M.Əhmədov 1 il müddətinə islah işlərinə məhkum edilmişdi. Qətl hadisəsi ilə bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar