Sizin Reklam Burada
Xəbər lenti
07-05-2026
06-05-2026
BÜTÜN XƏBƏRLƏR

Qaxda antik dövrə aid abidə tapıldı

Tarix: 16-09-2018 20:56     Baxış: 2249 A- / A+
Qaxda antik dövrə aid abidə tapıldı

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun apardığı tədqiqatlar zamanı Qax rayonunda Qıpçaqtəpə abidəsi aşkarlanıb.

İnstitutdan verilən məlumata görə, institutun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Taleh Əliyevin rəhbəri olduğu Oğuz-Qax arxeoloji ekspedisiyası tərəfindən Qax rayonu ərazisində aparılan tədqiqatlar nəticəsində Qıpçaq kəndinin cənubunda (Üzümlü-Ağyazı istiqamətində olan şosse yolunun Əyriçay körpüsünə çatmamış, yolun sağ hissəsində, yerli əhali tərəfindən "Əyrinin tapı" (Əyriçayın təpəlikləri) adlandırılan ərazidə) çayın sağ sahilində yerləşən Qıpçaqtəpə abidəsi ilk dəfə qeydə alınıb.

Qıpçaqtəpə abidəsi 4 hektar ərazini əhatə edir. Çoxtəbəqəli abidə möhtəşəm yaşayış yerlərindən biridir. Cari mövsümdə Qıpçaqtəpə yaşayış yerində beş hissədə arxeoloji kəşfiyyat qazıntısı aparılıb. Qıpçaqtəpə abidəsində aparılan arxeoloji kəşfiyyat qazıntısı zamanı abidənin üst təbəqələrinin ilk orta əsr və orta əsrlərə aid olduğu müəyyənləşdirilib.
İlkin tədqiqatlar nəticəsində Qıpçaqtəpə yaşayış yerinin antik və ilk orta əsrlər dövründə yuxarıda qeyd etdiyimiz şosse yoluna yaxın hissədə yerləşdiyini, daha sonra son orta əsrlərə doğru yaşayış yerinin öz ərazisini qərbə doğru genişləndiyini söyləmək mümkündür. Son orta əsrlərdə əhali Sarı pir adlı hissədə həyat sürüb, XX əsrdə isə hazırkı Qıpçaq kəndinin ərazisində məskunlaşıb.

Qıpçaqtəpə abidəsinin qərbində yerləşən Sarı pir adlı qəbristanlığa da baxış keçirilmiş və fotoşəkillər çəkilib. Qəbir daşları üzərində olan yazılardan oranın XIX əsrə aid olduğunu söyləmək mümkündür.

Tədqiqat mövsümündə Qax rayonu ərazisində yerləşən ilk orta əsr alban dövrü abidələrinin bəzilərinin GPS koordinatları müəyyənləşdirilib və arxeoloji xəritəsi tərtib olunub.(qafqazinfo)

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar