Sizin Reklam Burada
Xəbər lenti
28-11-2024
27-11-2024
BÜTÜN XƏBƏRLƏR

Gürcüstandakı prezident seçkilərində qələbəyə ən real namizəd olan qadın kimdir?

Tarix: 16-09-2018 18:16     Baxış: 2387 A- / A+
Gürcüstandakı prezident seçkilərində qələbəyə ən real namizəd olan qadın kimdir?



Gürcüstanın hakim partiyası oktyabrın 28-də keçiriləcək prezident seçkilərində müstəqil namizədi, keçmiş xarici işlər naziri Salome Zurabişvilini dəstəkləyib. Çox güman ki, seçkilərdə məhz o qalib gələcək və Gürcüstan tarixində ilk qadın prezident olacaq.


Salome Zurabişvilinin namizədliyi həm də ona görə nadir hadisədir ki, müstəqil Gürcüstan tarixində ilk dəfə olaraq hakim partiya (hazırda hakim partiyanı "Gürcüstan arzusu - Demokratik Gürcüstan" təmsil edir) prezidentliyə öz namizədini irəli sürmür, müstəqil namizədi dəstəkləyir.

Partiyada bunu Gürcüstanda maksimum plüralizmin təmin edilməsi üçün etdiklərini söyləyirlər. Müxalifətdə olduğu kimi, təhlilçi dairələrdə də 2016-cı ildə keçirilən parlament seçkilərində hakim partiyanın dəstəyini alan və majoritar deputat (yəni öz seçki dairəsində daha çox səs qazanan) seçilən Zurabişvilinin müstəqilliyi nominal hesab edilir.

Bu prezident seçkisi Gürcüstanda keçiriləcək sonuncu ümummilli prezident seçkisidir. 2024-cü ildən etibarən prezidenti artıq 300 nəfərdən ibarət seçki kollegiyası seçəcək.

Yeni seçilən prezidentin andiçmə mərasimindən sonra qüvvəyə minəcək yeni konstitusiya hökümətin birdəfəlik parlament modelinə keçidini nəzərdə tutur. Beləliklə, yeni konstitusiyaya görə, prezidentin səlahiyyətləri məhdudlaşdıralacaq.

Lakin buna baxmayaraq Mərkəzi Seçki Komissiyasına rekord sayda namizəd - 46 nəfər müraciət edib.

Fransadan Gürcüstana

Salome Zurabişvili tanınmış gürcü ailəsindəndir. Fransada gürcü siyası mühacir ailəsində doğulan Salome 30 il Fransa XİN-də diplomat kimi fəaliyyət göstərib.

Zurabişvili Gürcüstana ilk dəfə 2003-cü ildə Fransanın Gürcüstandakı səfiri kimi gəlib. Lakin 2004-cü ilin martında Zurabişvili artıq prezident Mixail Saakaşvilinin sərəncamı ilə inqilabçı hökumətdə ölkənin xarici işlər naziri təyin edilib.

Gürcüstandakı prezident seçkilərində qələbəyə ən real namizəd olan qadın kimdir?



Elə həmin vaxt gürcü vətəndaşlığı alan Zurabişvili bununla yanaşı fransız vətəndaşlığını da qoruyub saxlayıb. Xarici işlər naziri vəzifəsində Zurabişvili bir ildən artıq fəaliyyət göstərib. 2005-ci ildə nazirlikdən kənarlaşdırılan xanım, Saakaşviliyə müxalifət mövqeyinə keçib.

2010-cu ilə qədər "Gürcüstanın yolu" müxalifət partiyasına rəhbərlik edən Zurabişvili daha sonra BMT-nin İrandakı vəziyyət üzrə monitorinqinin ekspert qrupuna daxil olub.

2016-cı ildə keçirilən parlament seçkilərində Tbilisidəki majoritar dairələrdən birində müstəqil namizəd kimi iştirak edən Zurabişvili hakim partiyanın dəstəyilə parlamentə seçilib.

Bu, onun Gürcüstan prezidenti olması üçün ilk cəhdi deyil. 2013-cü ildə keçirilən prezident seçkilərində iştirak etmək istəyən Zurabişvilinin qeydiyyatdan keçmək barədə müraciəti ikili vətəndaşlığa görə rədd edilmişdi.

Bu dəfə isə Zurabişvili prezidentliyə namizəd kimi qeydə alınana qədər fransız vətəndaşlığından imtina edib.

Rusiya məsələsi

Çoxları hesab edir ki, Zurabişvilinin Gürcüstanın xarici işlər naziri kimi əsas xidmətlərindən biri danışıq prossesinə kömək etməsi və Rusiya bazasının Gürcüstan ərazisindən çıxarılması barədə razılığın əldə edilməsidir.

Lakin buna baxmayaraq, onun seçkiqabağı kampaniyası başlayan kimi Rusiyayla bağlı fikirlərinə görə - 2008-ci ilin avqust müharibəsi bəyanatına görə Zurabişviliyə qarşı bir sıra ittihamlar irəli sürülüb.

Jurnalistin sualına cavab verən Zurabişvili deyib ki, Rusiya Gürcüstana qarşı müharibəni hələ yüz il əvvəl başlayıb, lakin Gürcüstan münaqişənin yeni dövrünü başladan Rusiya təxribatına cəlb olunub.

Salome Zurabişvilinin bəyanatı müxalifət və bir çox hakim partiya nümayəndələri tərəfindən bəyənilməyib. Daha sonra o izah edib ki, 2008-ci ildə təcavüzkar rolunda Rusiya çıxış edib. Lakin onun sözlərinə görə, Rusiya təxribatına hərbi cavab verməklə Saakaşvili və ətrafı Moskvanın xeyrinə addım atıb.
Gürcüstandakı prezident seçkilərində qələbəyə ən real namizəd olan qadın kimdir?


Zurabişvilinin fikrincə, Rusiya bundan Gürcüstana qarşı müharibəni başlatmaq üçün səbəb kimi istifadə edib.

"Bu, Saakaşvilinin və Milli Hərəkatın gürcü xalqı və dövləti qarşısında böyük cinayəti idi. Bunu xatırlamaq bizim vətəndaşlıq borcumuzdur",-deyə o yazıb.

"Açıqlama tamamilə "Gürcüstan arzusu"nun mövqeyinə uyğun gəlir - Rusiya 2008-ci ildəki müharibənin təcavüzkarı və təşəbbüskarı olub. Əgər Saakaşvili hökumətinin avantürist yanaşması olmasaydı Moskva heç bir şey edə bilməzdi".

Formal müstəqillik

Təhlilçilər iddia edirlər ki, baxmayaraq ki, Zurabişvili "Gürcüstan arzusu" liderlərinin sıralarında deyil, onu tamamilə müstəqil namizəd adlandırmaq çətindir.

"Zurabişvili son illər ərzində sübut edib ki, o, "Gürcüstan arzusu" partiyasının ən aqressiv fəallarından biridir və hakim partiyanın bu seçkilərdə öz namizədinin olmaması barədə iddia yoxdur, bu inandırıcı deyil", Giya Xuxaşvili belə hesab edir.

"Prezident institutunun özü hakimiyyətin yenidən bölüşdürülməsi mənasında xüsusi rol oynamır, ona görə də xüsusi risk olmadan onlar (hakim partiya) müəyyən "sümük" ata bilərlər.

Lakin məlum oldu ki, onlar buna sona qədər hazır deyillər və belə bir saxta demokratiya tamaşası oynamağa cəhd etdilər. Bu, hər kəsin gördüyü kənddəki əyalət tamaşasına bənzəyir. Hamı tamaşaya gedir, çünki kənddə başqa əyləncə yoxdur",- ekspert deyir.

"Gürcüstanın arzusu" partiyası ilə fəal əməkdaşlıq etməyinə baxmayaraq Zurabişvili çətin ki hər şeydə Bidzina İvanaşvilinin partiyası ilə razılaşsın.

"Gələcəkdə nə baş verəcək, kimsə bilmir. Çünki Zurabişvili çox asanlıqla münaqişəyə və başqaları ilə qarşıdurmaya girir. Ona görə də, məncə, "Gürcüstan arzusu" üçün Zurabişvili böyük töhfə olmayacaq", Gürcüstan Siyasət İnstitutunun direktoru Korneliy Kakaçiya belə hesab edir.

"Hakim partiyanın daxilində Zurabişvilinin dəstəklənməsiylə bağlı tam razılıq olmayıb. Lakin həlledici söz bu dəfə partiyanın sədri Bidzina İvanişvilidiə olub", Kakaçiya belə düşünür.

O, qeyd edib ki, baxmayaraq ki, Gürcütanda prezident postu böyük təsirə malik deyil, həm müxalifət həm də hakim partiya üçün bu seçkilər 2020-ci ildə keçiriləcək parlament seçkilərindən əvvəl hazırlıq məşqidir.

O, "Gürcüstan arzusu"nun nəyinə lazımdır?

"Gürcüstan arzusu" üçün bu seçkilərdə onların namizədinin məğlub olması deyil, Milli Hərəkatın namizədinin qələbə qazanması problem ola bilər.

"Güc birlikdədir" müxalifət hərəkatına daxil olan Vahid Milli Hərəkat keçmiş xarici işlər naziri Qriqol Vaşadzenin namizədliyini irəli sürüb. Vahid Milli Hərəkatın tərkibindən ayrılan "Avropa Gürcüstanı"nın namizədi isə David Bakradze olub.

"Burdan belə nəticəyə gəlmək olar ki real alternativ yalnız Milli Hərəkatdır. Hakim partiya onların namizədinin qələbə qazanmasına yol verə bilməz, çünki bu artıq 2020-ci il parlament seçkilərini sual altında qoya bilər və beləliklə uzun və ağır siyasi prosses başlaya bilər.

Bundan başqa, Saakaşvili bütün işlərinə görə əfv oluna bilər və onun Gürcüstana qayıtması təmin edilə bilər. Əgər Saakaşvili sərbəst buraxılsa hər şey gözləmək mümkündür", -deyə politoloq Giya Xuxaşvili deyir.

Lakin o qeyd edir ki, bu gün müxalifət kimi güclü siyasi elita da dərin böhran içindədir. Onun sözlərinə görə, gürcü seçici kimsəyə inanmır. Çoxları səsini ideya və proqramlara görə vermir. Onlar öz səsini düzəldilən yola, çəkilən qaza və məşğulluğa görə verməyə hazırdır.

"Burdan belə bir nəticəyə gəlmək olar ki hakimiyyətin seçiciləri "satın almaq" (mən burda birbaşa satın alınmasını nəzərdə tutmuram) resursları daha çoxdur. Əlbəttə ki, onların namizədi həlledici üstünlüyə sahibdir", - o, deyir.

Təhlilçilərin fikrincə, Zurabişvili hakim partiyanın dəstəyini alan istənilən namizəd kimi prezident postu uğrunda mübarizənin favoriti olacaq. Zurabişvilinin özü hakim partiyanın onun namizədliyini dəstəkləməsi barədə qərarını demokratik və ölkə üçün doğru qərar adlandırıb. (BBC)

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar