Sizin Reklam Burada
Xəbər lenti
29-04-2024
28-04-2024
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanda DƏHŞƏT! – Həbsdən çıxan oğul ana və atasını BALTALADI – VİDEO (16+)

Tarix: 14-09-2018 17:48     Baxış: 21 230 A- / A+
Azərbaycanda DƏHŞƏT! – Həbsdən çıxan oğul ana və atasını BALTALADI – VİDEO   (16+)


Daşkəsəndə dəhşətli ailə münaqişəsi yaşanıb.

Manevr.az arb tv-ə istinadən xəbər verir ki, Daşkəsənin Qabaqtəpə kəndində 74 yaşlı İlyas Bağırov və həyat yoldaşı 64 yaşlı Tamara Bağırovaya onlarla bir yerdə yaşayan oğulları Firdovsi Bağırov balta ilə ağır xəsarətlər yetirib.

Yaralılar yaxınlarının köməyi ilə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıblar. Firdovsi Bağırovun hadisəni törədərkən sərxoş olduğu bildirilir.

O narkotik maddə istifadəçisi olduğu üçün bir-neçə il məhkumluq həyatı yaşayıb.

Bir müddət əvvəl həbsdən çıxıb və həyat yoldaşından ayrılaraq ata-anasının yanında qalıb.

Mənsurə Zeynalova – Zərərçəkənin nəvəsi: “Nənəm çöldə odun yarırmış, bu da hardan gəlib, bilmirəm nə mübahisə ediblər, nənəmi ölümünə döyüb. O biri gəlinimiz gəlib hadisə yerinə, ona da xəsarət yetirmək istəyəndə gəlin qaçıb. Nənəmi döyəndən sonra qaçıb evdən. Ailəsini, uşağını yola vermirdi. Uşaqları yaxşı oxuyur, amma, orta məktəbə qoymurdu. Yoldaşına artıq-əskik sözlər deyirdi. Axır gəlin məcbur oldu, çıxdı getdi”.

Daşkəsən RPŞ əməkdaşları hadisəni törədən şəxsin tutularaq istintaqa cəlb edilməsi istiqamətində əməliyyat-axtarış tədbirlərini davam etdirirlər.
Faktla bağlı cinayət işi açılıb.

Manevr.az


Azərbaycanda DƏHŞƏT! – Həbsdən çıxan oğul ana və atasını BALTALADI – VİDEO   (16+)
Azərbaycanda DƏHŞƏT! – Həbsdən çıxan oğul ana və atasını BALTALADI – VİDEO   (16+)
Azərbaycanda DƏHŞƏT! – Həbsdən çıxan oğul ana və atasını BALTALADI – VİDEO   (16+)

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar