Sizin Reklam Burada
Xəbər lenti
26-02-2025
25-02-2025
BÜTÜN XƏBƏRLƏR

Bakıda həbsdə olan VƏZİFƏLİ ŞƏXSİN bir ayağını kəsidilər

Tarix: 14-09-2018 15:19     Baxış: 3274 A- / A+
Bakıda həbsdə olan VƏZİFƏLİ ŞƏXSİN bir ayağını kəsidilər


Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən şirkət rəhbəri Elçin Babayevin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Manevr.az report-a istinadən bildirir ki, hakim Eldar Mikayılovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.

Prokuror çıxışında E.Babayevin 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Prosesdə Elçin Babayevin vəkili müdafiə çıxışı edib. O bildirib ki, hüquqlarını müdafiə etdiyi şəxsə qarşı şikayət yoxdur.

Belə ki, E.Babayevdən şikayətçi olan "Yeni Yasamal" MTK şikayətini geri götürüb. Şirkətə dəymiş zərər ödənilib və barışıq əldə edilib.

Vəkil müdafiə etdiyi şəxsə şərti cəza təyin edilməsini istəyib.

Daha sonra məhkəmədə məlum olub ki, şəkər xəstəliyindən əziyyət çəkən E.Babayevin sağ ayağı amputasiya (kəsilib) olunub.

Qeyd edək ki, E.Babayev "Ulduz-S" MMC-nin rəhbəridir. O, "Yeni Yasamal" MTK-ya lift aparacağını vəd edib. Bu məqsədlə şirkətdən külli miqdarda pul alsa da, sonradan verdiyi vədinə əməl etməyib.

E.Babayev Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq; külli miqdarda törədildikdə) maddəsi ilə ittiham edilir.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar