Sizin Reklam Burada
Xəbər lenti
19-05-2024
18-05-2024
BÜTÜN XƏBƏRLƏR

Simax Şeydanın “Ovçu ayı” kitabından şeirlər: UŞAQLARINIZA OXUYUN

Tarix: 11-09-2018 13:52     Baxış: 2619 A- / A+
Simax Şeydanın “Ovçu ayı” kitabından şeirlər: UŞAQLARINIZA OXUYUN


Simax Şeyda – Azərbaycanda tanınmış 82 yaşlı uşaq şairi və yazıçıdır. Uzun illərdir Vətənindən uzaqda –Almaniyada yaşayan şairin mütəmadi olaraq Azərbaycana gəlməsi, yeni şeir və nağıllar kitablarının nəşr etdirməsi bir ənənə halını almışdır.

Simax Şeyda mənzum nağıllar da yazır. Müəllif hansı hadisədən söz açırsa, onu sadə nağıl dilinə çevirərək uşağı darıxmağa qoymur.

“Ovçu ayı” kitabı 2018-ci ilin avqust ayında işıq üzü görmüşdür. Kitab müəllif tərəfindən Yasamal rayon MKS-inə və bir neçə kitabxanaya hədiyyə edilmişdir.

Uşaqların sevimli yazıçısı S.Şeydanın bir neçə şeiri və “Ovçu ayı” nağılı ilə http://yasamal.cls.az/front/files/libraries/81/documents/958739873.pdf linkdə tanış ola bilərsiniz.

Almaniyada yaşayan həmyerlimizin bir neçə şeiri və “Ovçu ayı” nağılı “Kitabsevər uşaqlar” Facebook səhifəsində və YouTube kanalında da yerləşdirilmişdir.

“Ovçu ayı” kitabının elektron variantı ilə “Azərbaycan ədəbiyyatının virtual kitabxanası”nda tanış olmaq olar http://ebooks.azlibnet.az/index.php?q=Simax+%C5%9Eeyda
Manevr.az Simax Şeydanın yeni nəşr olunmuş “Ovçu ayı” kitabından bir neçə şeiri balalarımıza təqdim edir:
Layihənin rəhbəri,
Yasamal rayon MKS-inin direktoru,
YUNESKO-nun “İnformasiya hamı üçün” Proqramının
Azərbaycan Komitəsinin sədri Lətifə Məmmədova
Simax Şeydanın “Ovçu ayı” kitabından şeirlər: UŞAQLARINIZA OXUYUN


Balalarımızın sevimlisi, Almaniyada yaşayan soydaşımız şair və yazıçı Simax Şeydanın yeni şeirləri

Güllərim

Bağçada gül əkmişəm,

Zəhmətini çəkmişəm,

Alın təri tökmüşəm,

Açın,açın güllərim

Ətir saçın güllərim

Boy atın gündən-günə,

Ucalın göy üzünə.

Sevinc bəxş edin mənə,

Açın, açın güllərim

Ətir saçın güllərim

Bir dəstə gül dərib mən,

Anama verdim dünən.

Anam öpdü üzümdən,

Açın, açın güllərim

Ətir saçın güllərim

14. 05. 2017
Münhen

Zəhra bala

Azərbaycanın sərhəd bölgələrinin birində

ermənilər 2 yaşlı Zəhra balaya qəsd etmişlər

Təzə-təzə yeriyirdin,

Danışırdın şirin-şirin.

Ana, nənə qucağıydı,

Zəhra bala, sənin yerin.

Yazın gözəl bir günündə

Rast gəldin sən bir gülləyə.

Qoymadılar çağırasan

“Ana” deyə, “nənə” deyə.

Haray ellər! Bir körpənin

Qəlbini qan eylədilər.

Gülüşünü, yerişini

Gülləbaran eylədilər.

Yer də, göy də bu halına

Qan ağladı, Zəhra bala.

Araz axdı coşa-coşa,

Kür çağladı Zəhra bala.

Bil ki, yerdə qalmayacaq

Sənin qanın heç bir zaman.

Qisasını alacaqdır

Bir gün anam Azərbaycan.

Uyu şirin-şirin, qızım,

Uyu torpaq beşiyində.

Sənə layla çağırsın qoy

Əsən sərin küləklər də.

28. 07. 2017

Başı uca olar


Orden alıb

Atam bu gün.

Mən də yaman

Şadam bu gün.

Təbrik edir,

Dost, tanışlar.

Bir-bir gəlib,

Gedir onlar.

Sevinc ilə

Atam deyir:

“Zəhmətimin

Bəhrəsidir”.

Zəhmət çəkib

Çalışsa kim.

Başı uca

Olar daim.

01. 06.2017

Münhen

Nə üçun belə deyir


Bir “Əlifba“ kitabı

Alginən, ana, mənə.

Vərəqləyim birbəbir

Baxım şəkillərinə.

Bacım icazə vermir,

Götürüb baxım ona.

Deyir: “Birdən cırarsan,

Get o tərəfdə oyna”.

Bilirəm ki, kitabı

Cırmaq olmaz, anacan.

Nə üçün belə deyir,

Mənə bacım Mehriban?

28.05.2017

Münhen

Bilmirsənmi

Anasından soruşdu

Bir dəfə kiçik Bağır:

–Niyə günəş səhərlər,

Ay da axşamlar çıxır?

Eşidib bu sualı

Dedi balaca Qəmər:

–Bilmirsən, yəqin onlar

Bir-birindən küsüblər?

30. 04. 2017

Münhen

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar