Sizin Reklam Burada
Xəbər lenti
26-04-2024
25-04-2024
BÜTÜN XƏBƏRLƏR

Rusiyada təqaüd yaşının qaldırılmasına qarşı etirazlar siyasi yön ala bilərmi...

Tarix: 11-09-2018 09:19     Baxış: 3411 A- / A+
Rusiyada təqaüd yaşının qaldırılmasına qarşı etirazlar siyasi yön ala bilərmi...


Natiq Cəfərli: “Bu etirazların gələcəkdə daha böyük miqyas alacağı gözləniləndir”

Rusiyada təqaüd ıslahatına qarşı aksiyalar davam edir. “Korrupsiyaya Qarşı Mübarizə Fondu”nın təsisçisi, müxalifətçi Aleksey Navalnının sosial media üzərindən etdiyi çağırışla Moskva və Sankt-Peterburqda, müxtəlif şəhərlərdə minlərlə nümayişçi küçələrə çıxıb. Nümayişçilər təqaüd yaşının artırılmasını nəzərdə tutan qanun layihəsinə etiraz ediblər.

Rusiya prezidenti Vladimir Putin və hökumət əleyhinə şuarlar səsləndiriblər. Nümayişlər zamanı xeyli sayda aksiyaçı saxlanıb. Qeyd edək ki, iyunun 19-da Dumada pensiya yaşının kişilər üçün 60-dan 65-ə, qadınlar üçün isə 55-dən 63-ə artırılmasını nəzərdə tutan qanun qəbul olunub. Təqaüd islahatı sıravi Rusiya vətəndaşlarının qəzəbinə səbəb olub.

Manevr.az xəbər verir ki, iqtisadçı ekspert Natiq Cəfərli “Yeni Müsavat”a Rusiya hökumətinin təqaüd ıslahatı ilə bağlı atdığı addımları şərh edərkən deyib ki, yaxın müddətdə problemin həll ediləcəyini düşünmür: “Rusiya prezidenti Vladimir Putin bu məsələ ilə bağlı son sözünü deməyib. Sanki cəmiyyətdə gedən prosesləri izləyərək hansı istiqamətə inkişaf edəcəyini gördükdən sonra öz sözünü deyib təqaüd islahatlarının istiqamətini müəyyənləşdirmək istəyir.

Rusiyada təqaüd yaşının qaldırılmasına qarşı etirazlar siyasi yön ala bilərmi...


Çünki bu çox həssas məsələdir. Əhali bu məsələyə ağrılı reaksiya verir. Rusiya dünyada əhalisi yaşlı olan ölkələr sırasında öndədir. Bu islahatların gerçəkləşdirildiyi təqdirdə əhalinin böyük kəsiminə təsir edəcəyi də qaçılmazdır. Bu elə həssas məsələdir ki, son sözü Rusiya prezidenti deyəcək. Hamıya aydındır ki, Rusiya kimi idarəçilik sistemi olan ölkələrdə belə məsələlər prezidentdən asılıdır. Prezidentin son sözü də həlledicidir. Bu məsələ ilə bağlı aksiyalar da bir daha sübut etdi ki, cəmiyyətdə bu məsələ ilə bağlı həssaslıq, narahatlıq, etirazlar var. Bu etirazların gələcəkdə kütləviləşəcəyi, daha da böyük miqyas alacağı da sonuc etibarı ilə hökumətin nəzərdə tutduğu qərardan vaz keçməyə və ya ciddi korrektələr etməyə imkan verəcək. Bu, imkan daxilində cəmiyyəti də razı sala biləcək bir formul üzərində uzlaşma olacaq. Hələlik görünən budur. Bu məsələnin tez bir zamanda qanuniləşməsi, həyata keçməsi yaxın zamanda gözlənilən deyil. Bir müddət cəmiyyətdə gedən proseslərin izlənilməsi ilə son qərarın verilməsinin şahidi olacağıq.

Keçirilən son aksiyalar onu göstərdi ki, kifayət qədər artma potensialı olan etirazlardır. Çünki prezidentin istefası, hökumətin istefası kimi mücərrəd tələblərlə keçirilən aksiyalar deyil. Konkret mövzu üzərində, təqaüd yaşı, təqaüd islahatları, əhalinin böyük bir hissəsini düşündürən məsələ ilə bağlı etirazlardır. Buna görə də kütləviləşmək ehtimalları böyükdür. Hökumət tərəfdən geri addım atılmasa, bu etirazlar getdikcə kütləviləşə bilər.

Natiq Cəfərli hesab edir ki, bir neçə ay Rusiya prezidenti bu prosesləri izləməklə məşğul olacaq: “Etirazların səviyyəsindən asılı olaraq qərar veriləcək. Məsələnin başqa tərəfi də var - Rusiyanın təqaüd yaşını artırmaqdan başqa yolu da yoxdur. Təqaüd yaşının artırılmaması Rusiyada əmək resurslarına çıxış imkanlarını kifayət qədər məhdudlaşdırır. Çünki əhali sürətlə qocalır, əhali artımı kifayət qədər aşağı səviyyədədir. Təqaüd yaşının artmaması gələcəkdə iş yerləri ilə bağlı, mütəxəssislərlə bağlı ciddi problemlərin yaşanmasına səbəb ola bilər. Rusiya bu məsələ ilə bağlı çıxılmaz bir vəziyyətlə üz-üzədir”.

Hökumətin təqdim etdiyi təqaüd islahatları planına görə kişilər üçün təqaüd yaşı 60-dan 65-ə, qadınlar üçün isə 55-dən 63-ə qaldırılmalıdır. Buna səbəblərdən biri işçi qüvvəsinin sayının azalmasıdır. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəqəmlərinə görə, Rusiyada kişilərin orta ömür uzunluğu 66, qadınların isə 77 ildir. Həmkarlar ittifaqları bir çox insanların təqaüd yaşına çata bilməyəcəyini deyir. Təqaüd yaşının 2019-cu ildən başlayaraq tədricən artırılması nəzərdə tutulub. Qadınlar üçün yeni təqaüd yaşına keçid dövrü 2034-cü ilədək, kişilər üçün isə 2028-ci ilədək uzanacaq.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar