Sizin Reklam Burada
Xəbər lenti
06-09-2025
05-09-2025
BÜTÜN XƏBƏRLƏR

İraqın xarici işlər naziri əslində kimdir? - SENSASİON FAKTLAR

Tarix: 26-10-2016 13:27     Baxış: 5545 A- / A+
İraqın xarici işlər naziri əslində kimdir?

İraqın keçmiş baş naziri, hazırda Xarici İşlər naziri olan İbrahim Cəfərinin babası ilə bağlı maraqlı fakt ortaya çıxıb.

Manevr.az xəbər verir ki, nazirin babası Mehdi Bəkir əl Aşakir Kərbəlada Osmanlı imperiyasına qarşı şiələri etiraza səsləyən ilk şəxslərdən biri olub.

Məhz onun rəhbərliyi ilə 1876-cı ildə İraqda Osmanlı imperiyasına qarşı ilk üsyan başlayıb.

Babasından ilhamlanan İbrahim Cəfəri 1970-ci illərdə BƏƏS rejimini devirmək üçün hərəkətə keçən Dava Partiyasının öndə gedənlərindən biri olub.

Bu gün İraqda baş nazir vəzifəsini tutan Heydər Abadi kimi İbrahim Cəfəri də Səddam Hüseyni devirə bilməyəcəklərini görüb ölkədən qaçmışdı. Abadi İngiltərəyə qaçsa da, Cəfəri İranı seçmişdi…

Əslində, İrana qaçarkən Cəfərinin soyadı dədə-babadan gələn əl Aşakiri olub. Lakin o, Tehrana gəldikdən sonra Səddamın qorxusundan soyadını dəyişdirib Cəfəri qoyub.

10 ildən sonra 1990-cı ildə İrandan İngiltərəyə köçən Cəfəri 2003-cü ildə Qərb dünyasını İraqın işğalına səsləmişdi.

Nəticədə Cəfəri 2003-cü ilin iyulunda İngiltərədən Bağdada qayıtmış, Səddamdan sonra ABŞ-ın qurduğu hökumətdə baş nazir postunu tutmuşdu.(axar.az)

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar