Sizin Reklam Burada
Xəbər lenti
22-02-2025
21-02-2025
BÜTÜN XƏBƏRLƏR

Azərbaycan namizəd statusunda qaldı

Tarix: 26-10-2016 12:32     Baxış: 4497 A- / A+
Azərbaycan namizəd statusunda qaldı

Oktyabrın 26-da "Mədən sənayesində şəffaflıq təşəbbüsü" (MSŞT) üzrə beynəlxalq rəhbər komitə Azərbaycanın öhdəliklərinin MSŞT standarlarına uyğunluğunun qiymətləndirilməsi ilə bağlı yekun qərarını verib.


Bu barədə məlumatı MSŞT üzrə beynəlxalq idarə heyətinin üzvü, iqtisadçı Qubad İbadoğlu öz “Facebook” səhifəsində yazıb.

Onun verdiyi məlumata görə, qurumun qərarda deyilir ki, Azərbaycan MSŞT sahəsində birinci qiymətləndirmə ilə müqayisədə ümumilikdə əhəmiyyətli proqres əldə edib və bir neçə fərdi tələb üzrə irəliləyişə nail oub. İdarə Heyəti bütün bunları nəzərə alaraq hesab edir ki, Azərbaycan namizəd statusunda qalır.


Azərbaycan namizəd statusunda qaldı


“İdarə heyəti hesab edir ki, Azərbaycanın MSŞT-nin 1.3. saylı "Vətəndaş cəmiyyətinin iştirakı" standartı üzrə vəziyyəti qənaətbəxş deyildir. Odur ki, İdarə Heyəti hökumətə və çoxtərəfli qrupa icra müddəti növbəti iclasa qədər olan islahedici tədbirlər planı təqdim edir. Əgər islahedici tədbirlər planının icrası uğursuz olarsa, o halda ölkənin MSŞT standartlarına görə fəaliyyəti dayandırılır” – Qubad İbadoğlu qeyd edib.

İdarə Heyəti həmçinin katibliyə tapşırıb ki, növbəti toplantıya qədər Azərbaycanın qiymətləndirilməsi ilə bağlı hazırlıq işlərini başa çatdırsın. İdarə Heyəti növbəti addımları qiymətləndirmə hesabatı və MSŞT standartı əsasında müəyyənləşdirəcək.

MSŞT-nin beynəlxalq İdarə Heyətinin növbəti toplantısının 8-9 mart 2017-ci ildə keçirilməsi planlaşdırılıb (Meydan TV).

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar