Sizin Reklam Burada
Xəbər lenti
28-11-2024
27-11-2024
BÜTÜN XƏBƏRLƏR

Biznesmeni oğurlayıb 1 milyon istəyən azərbaycanlı qadın kimlərlə əlbir idi… – ŞOK DETALLAR

Tarix: 04-09-2018 11:07     Baxış: 4457 A- / A+
Biznesmeni oğurlayıb 1 milyon istəyən azərbaycanlı qadın kimlərlə əlbir idi… – ŞOK DETALLAR


Qazaxıstan hüquq-mühafizə orqanları bu ölkədə türkiyəli iş adamını oğurlamaqda şübhəli bilinən və axtarışda olan, Azərbaycanda yaxalanaraq ekstradisiya edilən İradə Rüstəmovanın işi ilə bağlı məlumat yayıb.

Milliyətcə azərbaycanlı olan, ancaq Qazaxıstan vətəndaşlığı daşıyan qadın 2018-ci ilin iyul ayında bu ölkəyə ekstradisiya edilib. Hazırda o, Astana polisinin təcridxanasındadır.

Astana prokurorluğundan bildirildiyinə görə Rüstəmova əvvəlcədən bir qrup şəxslə əlbir olaraq adam oğurluğunda və hədə-qorxu yolu ilə xüsusilə iri məbləğdə pul tələb etməkdə şübhəli bilinir.

Belə ki, 2017-ci ildə Qazaxıstanda müvəqqəti yaşayan Türkiyə vətəndaşı Taner Aydın və onun birlikdə yaşadığı İradə Rüstəmova Astanada yaşayan türkiyəli biznesmen Dolğun Tepebaşı oğurlamaq qərarına gəliblər. Ər-arvad bu məqsədlə Elnur Rüstəmov, Baqdan Maqamadov və Bislan Dakayevlə əlbir olublar. Onlara deyiblər ki, Tepebaşın 300 min dollar borcu var. Taner Aydın və İradə Rüstəmova bu adam oğurluğu cinayətinə habelə Vaqif Calalıyevi və Zemfira Fərhadovanı da cəlb ediblər.

Sonuncular 2017-ci ilin noyabrında biznesmenlə “Uzbeçka” kafesində iki dəfə görüşüblər və onu aldadaraq kirayə mənzilə aparıblar. Qapını Rüstəmova açıb. Onlar Tepebaşı döyüblər və əl-qolunu bağlayıblar, daha sonra “Volkswagen Touareg” avtomobili ilə Almata vilayətinə aparıblar. Biznesmeni Çemolqan stansiyasında kirayə götürülmüş evdə saxlayıblar.

Bundan sonra Aydın Tepebaşın Türkiyədə yaşayan qardaşından biznesmenin azad edilməsi üçün 1 milyon dollar tələb edib. Cinayətkar qruplaşmanın qalan iştirakçıları Rüstəmova istisna olmaqla bu haqda bilməyiblər və Tepebaşdan 300 min dollar borcunu qaytarmağı tələb ediblər. Tepebaşın heç bir borcu olmadığına əmin olandan sonra onu azadlığa buraxıblar.

Oğurlanmış biznesmen Elnur Rüstəmovu, Maqamedovu, Dakayevi, Calalıyevi və Fərhadovanı bağışlayıb. Cinayət işi tərəflərin barışmasına görə bağlanıb. Adam oğurluğunun təşkilatçısı Taner Aydın hazırda axtarışdadır. İradə Rüstəmova isə qaçıb Azərbaycanda gizlənibmiş. Onun barəsində beynəlxalq axtarış elan olunub.

Dolğun Tepebaş “Kaztur Texnik” şirkətinin baş direktorudur, bu şirkət ixtisaslaşmış tikinti işlərini yerinə yetirir. İyulun 30-da Qazaxıstanın Baş prokurorluğu İradə Rüstəmovanın Azərbaycandan ekstradisiya olunduğunu elan etmişdi. Lakin onun adı keçən cinayət işinin təfərrüatları məlum deyildi./virtualaz.org

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar