Sizin Reklam Burada
Xəbər lenti
27-04-2024
26-04-2024
BÜTÜN XƏBƏRLƏR

Dünya tarixində ən çox insan qırğını olan 10 dəhşətli faciə

Tarix: 02-09-2018 22:22     Baxış: 4416 A- / A+
Dünya tarixində ən çox insan qırğını olan 10 dəhşətli faciə


İnsanın insana etdiyini nə qasırğalar, nə zəlzələlər, nə də sunamilər edib. Dünyada ən böyük faciələr insan əli ilə reallaşdırılıb.

Manevr.az islaminsesi.info-ya istinadən ən çox insan ölümünün baş verdiyi 10 dəhşətli faciəni təqdim edir.

10. Atlantika qul ticarəti: 15 milyon insan ölüb.

Atlantika və ya Trans-Atlantika qul alveri 16-cı əsrdə başlamış 17-ci əsrdə pik nöqtəsinə gəlib çıxmışdır. 19-cu əsrdə başa çatıb. Bu ticarəti daha da inkişaf etdirən ucuz işçi qüvvəsinə ehtiyac olması idi. Sənaye çevrilişi ilə əlaqədər həm istehsal, həm də istehlak artdı. Bu ticarət zamanı insanlarla həddindən artıq pis rəftar ölümlərə gətirib çıxarmışdır. 15 milyon insanın ölümünə səbəb olan bu ticarət zamanı öz yurdundan qoparılan 10 insandan 4-ü mütləq yollarda ölürdü.

9. Xubilay xanın müharibələri və Min sülaləsinə keçid zamanı: 30 milyon insan ölüb.

Xubilay və ya Yuan xanədanı Çində ən az müddətdə hakimiyyətdə olan sülalələrdir. Çin tarixinin ən qaranlıq yerləri Xubilay xanın dövrünə aiddir. Xubilay monqol idi və Çingiz xanın nəvəsi idi. Qarışıq idarə sistemi və fərqli mədəniyyətlər milyonlarla insanın ölümünə səbəb olmuşdur. Daha sonra hakimiyyətə gələn Min sülaləsi sabitliyi bərpa etmək üçün repressiyanı davam etdirməli olmuşdur. 200 illik bir dövrdə 30 milyon insan ölüb.

8. Ani Luşan üsyanı: 36 milyon öldü

Miladdan sonra 755-ci illə 769-cu il arasında baş verən üsyan general An Luşanın Çinin şimalında özünü imperator elan etməsi ilə başladı. Bu üsyana ərəblərlərin, göytürklərin və soqdların da qarışması ilə dairə böyüdü. Bu da 36 milyon insanın ölümü ilə nəticələndi.

7. Taypinlər hərəkatı: 40 milyon insan öldü

Tarix irərilədikcə daha çox insanın ölümü də baş verirdi. Buna da silahların daha inkişaf etməsi və insanların daha asan yolla öldürülməsi səbəb olurdu. Taypinq hərəkatı da dünya tarixinin ən vahiməli hadisələrindən biridir. 14 il sürən bu hərəkat fransız, ingilis və Amerikanın dəstəyi ilə irəli getsə də, qələbə çala bilməmişdir. 40 milyon insan həlak olub.

6. Böyük Çin qıtlığı: 43 milyon insan həlak olub

1960-cı illərdə kommunist Çinində böyük qıtlıq başladı. Çin "mədəni inqilab" adı ilə reallaşdırdığı bu islahatlar 43 milyon insanın həyatı bahasına başa gəlib.

5. Böyük Sovet qırğını: 49 milyon insan öldü

Qısa zamanda bir çox şeyi dəyişdirmək istəyi Sovet ittifaqında da böyük dağıntılara səbəb olub. Almaniya, Amerika və İngiltərə ilə rəqabətə girən Sovet ittifaqı 1917-1953-cü illər arasında 49 milyon insanın ölümünə imza atmışdır. Xüsusilə Ukraynada qıtlıq illərində insanlar insanları yeyiblər. 1948-ci ildə Stalinin Nobel Sülh Mükafatına namizəd göstərilməsi də dünyanın ən ziddiyyətli hadisələrindən biridir.

4. Monqol işğalları:60 milyon insan öldü

Dünyanın ən böyük işğallarını Çingiz xan və oğulları reallaşdırıblar. Yer kürəsinin 16%-in işğal edən monqollar tarixin ən böyük ikinci imperatorluğunu qurublar. Təbii ki, bu da qırğınsız ötüşməyib. Əgər bu işğallar davam etsəydi, dünyada insan qalmazdı deyə bilərik.

3. Birinci Dünya müharibəsi:63 milyon insan həlak olub

Birinci Dünya müharibəsi həm həddindən çox insanın ölümü ilə, həm də həddindən çox dövlətin müdaxiləsi ilə qorxunc hala gəlmişdi. Bu müharibə haqqında tarix kitablarında həddindən çox oxumuşuq. Cəmi 4 il davam edən bu müharibə 65 milyon insanın həlak olmasına səbəb olmuşdur.

2. İkinci Dünya müharibəsi: 72 milyon insan ölüb

Birinci Dünya müharibəsinin qisasının alındığı İkinci Dünya müharibəsi daha dəhşətli səhnələrlə yadda qalıb. Bu müharibə ən çox mülki insanların, xüsusilə qadın və uşaqların qətl edilməsi ilə tarixə düşüb. Bu qətliamları Hitler, Yaponiya Çində və Amerika Naqasaki və Xirosimada reallaşdırıb. Müharibə 6 il davam etdi və 72 milyon insanın həlak olması ilə nəticələndi.

1. Amerika qitəsində avropalıların məskən salması:100 milyon insan öldü

Amerika yerlilərin avropalılarla üzləşməsi dəhşətli nəticələr vermişdi. Çünki yerlilər silah inkişafında orta əsrlərdə, avropalılar isə odlu silahlarla gəlmişdilər. Avropalılıar onları zalım şəkildə qətl etdilər. Bu da dünya tarixinə 100 milyon insanın qətli ilə düşdü.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar