Sizin Reklam Burada
Xəbər lenti
06-09-2025
05-09-2025
BÜTÜN XƏBƏRLƏR

Uydurma “erməni soyqırımı”na həsr olunmuş konsert ləğv olunub -Türkiyədə

Tarix: 25-10-2016 23:40     Baxış: 3531 A- / A+
 Uydurma “erməni soyqırımı”na həsr olunmuş konsert ləğv olunub

Almaniya XİN-i Drezden simfonik orkestrinin ölkənin İstanbuldakı baş konsulluğunda keçirilməsi nəzərdə tutulan konsertini ləğv edib. Qeyd edək ki, konsertdə uydurma “erməni soyqırımı”na həsr olunmuş “Aghet” əsərinin ifa olunması nəzərdə tutulmuşdu.

“Noyabrın 13-də konsert keçirmək üçün baş konsulluğun binasında boş otaq olmayacaq”, - deyə DPA agentliyinə Almaniya XİN-dən bildirilib.

Agentliyin məlumatına görə, XİN qonaq qismində konsertə kimlərin dəvət edildiyini öyrəndikdən sonra tədbiri ləğv etməyə qərar verib. Dəvətnamələrin Türkiyə prezidenti Rəcəb Tayyip Ərdağan, baş nazir Binəli Yıldırım, XİN rəhbəri Mövlud Çavuşoğlu və mədəniyyət və turizm naziri Nəbi Avciyə göndərildiyi məlum olub.

Almaniya və Türkiyə arasında bir müddət əvvəl Bundestaqın “erməni soyqırımı”nın tanınmasına dair qətnaməsinin qəbul etməsi ilə bağlı yaşanmış narazılıq fonunda bu cür dəvətlər ən azından qəribə görünərdi.

“Dəvətnamələr XİN-in iştirakı olmadan göndərilib”, - deyə nazirlikdən bildirilib.

Drezden simfonik orkestri “Aghet” əsərini noyabrda Belqradda və İrəvanda ifa etməyi planlaşdırır.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar