Xəbər lenti
Dünyanı qarışdıracaq HESABAT - İran iki ölkənin paytaxtını vurmaq üçün HƏRƏKƏTƏ KEÇDİ
Tehran İraqdakı şiə müttəfiqlərinə onlarla qısamənzilli raket göndərib.
Publika.az xəbər verir ki, bu haqda “Röyters” agentliyinin xüsusi hesabatında deyilir.
İddiaya görə, uçuş mənzili 700 kilometr olan “Zilzal”, “Fateh 110” və “Zülfüqar” raketlər İraqın qərbi və ya cənubunda yerləşdirilərsə, Səudiyyə Ərəbistanı paytaxtı Ər-Riyad və İsrailin paytaxtı Tel-Əvivi vurmaq qabiliyyətinə malik olacaq. İran İnqilabı Keşikçilər Korpusunun (SEPAH) Yaxın Şərqə göndərdiyi “Qüds Gücləri” elit birliyinin İraqın cənubunda və qərbində bazalarının olduğu bildirilir.
Agentlik hesabatında İran, İraq və Qərb mənbələrinə istinadə edib. “Röyters”ə danışan 3 iranlı, 2 İraq kəşfiyyat səlahiyyətlisi və 2 Qərb agentinin sözlərinə görə, raketlərin göndərilməsi barədə qərar 18 ay əvvəl qəbul edilib.
İranın düşmənlərinə xəbərdarlıq etdiyini bildirən “Röyters” qısamənzilli raketlərin ötən bir neçə ay ərzində İraqa çatdığını qeyd edib.
Adını açıqlamayan iranlı bir rəsmi bildirib ki, bu, hücumlara məruz qalan İranın “B planı”dır. İraq hökuməti və ordudan isə hər hansı şərh verilməyib.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Ədəbiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar