Sizin Reklam Burada
Xəbər lenti
07-05-2026
06-05-2026
BÜTÜN XƏBƏRLƏR

Serdar Akyol: "...Hər gün təzə sevdaya düşənlər utansınlar..." (şeir)

Tarix: 31-08-2018 13:14     Baxış: 2422 A- / A+
Serdar Akyol: "...Hər gün təzə sevdaya düşənlər utansınlar..." (şeir)


Günaydın. Dostum, qardaşım Serdar Akyolun çox maraqlı bir şeiri ilə tanış oldum. Və bu şeir mənim üçün bir həqiqəti yenidən təsdiqlədi ki, insanların cəmiyyətdə, çalışdığı kollektivdə, ailədə statusu nə olursa olsun, onun ən yaxın dostu, sirdaşı onun tənhalığıdır. Serdar Akyolun "Gəl, tənhallq" şeirinin tərəfimdən Azərbaycan dilinə uyğunlaşdırılmış variantını
Manevr.az -ın oxucularına təqdim edirəm.
Nailə Mirzəyeva


...GƏL, TƏNHALIQ

Gəl, mənim tənhalığım,
bir az sənlə dərdləşək.
Onsuz da hamı getdi,
kimsə eşitməz bizi.
Doğrunu söylə mənə:
Sən də aşiq oldunmu?
Daş - kəsəkli torpaqdan
bəhər gözləyən kimi
heç ümidlə doldunmu?
Olumsuz bir yalana aldandığın anlarda
Heç nəyi düşünmədən
qaçmaq keçdi başından?

- A..., niyə ağlayırsan...?
Yoxsa sən mən kimisən?
Anladım göz yaşından.
Elə ona görəmi hey qalırsan mənimlə?

Mənim yalnızlıq dostum...
Mənim könül sirdaşım.
Lap istəsən mənimlə ömür boyu qalarsan..
Gözüm üstə yerin var, başıma tac olarsan....
Sən nədən utanırsan?
Sən niyə sıxılırsan?
Sadiqliyin qədrini heç zaman bilməyənlər,
sevginin qiymətini indi də duymayanlar ,
hər gün təzə sevdaya düşənlər
UTANSINLAR...

Serdar Akyol,
Türkiyə

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar