Sizin Reklam Burada
Xəbər lenti
20-01-2025
19-01-2025
BÜTÜN XƏBƏRLƏR

Qubad İbadoğlundan manatla bağlı proqnoz: "Ucuzlaşma davam edəcək"

Tarix: 25-10-2016 17:42     Baxış: 5290 A- / A+
 Qubad İbadoğlundan manatla bağlı proqnoz:


Tanınmış iqtisadçı alim Qubad İbadoğlu növbəti dəfə manatın ucuzlaşması ilə bağlı fikirlərini bildirib. İqtisadçı alim qeyd edib ki, manatın ucuzlaşması davam edəcək. O öz fikirlərini sosial şəbəkədəki səhifəsində paylaşıb.

Manevr.az iqtisadçının yazdığı statusu oxuculara təqdim edir:


"Manatın ucuzlaşması davam edəcək.

Onu şərtləndirən amillər getdikcə daha fəallaşır.

Hazırda ictimaiyyəti ən çox maraqlandıran suallardan biri də manatın dəyərinin dollara nəzərən nə zaman sabitləşəcəyidir. Son günlərədək bahalaşan və sonradan davamlı şəkildə və daha kəskin formada ucuzlaşan manat biznes icmasının və istehlakçıların bu istiqamətdə gözləntilərini doğrultmadı. Nə baş verir? Manat niyə yenə ucuzlaşır? Sizə təqdim olunan yazıda bu sualları cavablandırmağa çalışacam.

Onu qeyd edim ki, manatın dünyanın aparıcı valyuta vahidlərinə nəzərən dəyərinin uculaşmasını şərtləndirən amillər fəaldir. Onların qısa müddətli təsir imkanları böyük ehtimalla manatı daha da ucuzlaşdıracaq. 2017-ci ilə qədər olan müddətdə fəal olacaq aşağıdakı amillərə diqqəti cəlb etmək istərdim.

Birincisi, “Bank Standard” bağlanan zaman aparılan qiymətləndirmələrə görə, bu bankda fiziki şəxslər 603 milyon manat məbləğində ümumi əmanətlərə, 568 milyon manat məbləğində isə qorunan əmanətlərə malikdir ki, sonuncunun da 460 milyon manatını kompensasiya olunan əmanətlər təşkil edir. Qorunan əmanətlərin 62%-i və ya 285 milyonu manatı dollarla yerləşdirilib, yerdə qalan 175 milyon manatı isə manatladır. Bununla yanaşı, eyni müştərinin həm dollar və həm də manatda əmanəti olduğu halda bank onların borclarını manatla qaytarmağa başlayıb. Bu o deməkdir, bankdan əmanətini manatla alanların sayı artacaq, eyni zamanda onlara manatla verilən əmanətlərin məbləği 175 milyon manatdan çox olacaq. Bu nağd vəsait valyuta bazarında dollar tələbatı qaldıracaq.

İkincisi, SOCAR-ın istiqrazları dövriyyədə olan və valyuta bazarında manata dəyişdirilən valyuta vəsaitinin bir qismi onun sahiblərinin sərəncamından çıxarılıb. Bu amil valyuta bazarına çıxarılan şəxsi valyutaların həcmini aşağı salıb və dolların təklifini azaldıb.

Üçüncüsü, bu müddət ərzində dövlət büdcəsinin neft gəlirlərindən asılılığının azaldılması siyasətinin davamı edəcəyi halda Dövlət Neft Fondunun bazara əvvəli dövrlə və illə müqayisədə daha az valyuta çıxaracağı gözlənilir. Bu isə valyuta təklifinini aşağı salınmasına ciddi təsir göstərəcək digər başqa amillərin də manatın ucuzlaşmasına təsirlərini gücləndirəcək.

Dördüncüsü, ilin sona yaxınlaşması ilə əlaqədar olaraq, şirkətlərin, bankların və dövlətin xarici borc öhdəliklərinin icrasına yönəldəcəyi valyuta vəsaitlərinin həcmində artım bazarda xüsusilə də dollara olan tələbatı artıracaq.

Nəhayət, ABŞ FED-in noyabrın 1-2-də gözlənilən toplantısında uçot dərəcəsinin artırılması ilə bağlı müsbət qərar vermə ehtimalının günbəgün artması da manata olan psixoloji təzyiqləri yüksəldəcək."

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar