Sizin Reklam Burada
Xəbər lenti
08-05-2024
07-05-2024
BÜTÜN XƏBƏRLƏR

Azyaşlı qızları izləyir, binaların girişində onlara... - Bakıda seksual manyak tutuldu - VİDEO

Tarix: 28-08-2018 21:09     Baxış: 4355 A- / A+
Azyaşlı qızları izləyir, binaların girişində onlara... - Bakıda seksual manyak tutuldu - VİDEO



Bakıda manyak tutulub. O, azyaşlı uşaqlara hücum edərək onlara qarşı əxlaqsız hərəkətlər edirmiş. Polis onun bu şəkildə 4 azyaşlıya hücum etdiyini aşkar edib. Bundan başqa saxlanılan şəxsin yaşlı qadınlara qarşı da soyğunçuluq etdiyi müəyyən edilib.


Azyaşlı uşaqları izləyib onlara qarşı əxlaqsız hərəkətlər edən manyak tutulub.

Manevr.az xezerxeber.az-a istinadən bildirir ki, Paytaxt sakini Amil Paşayevi Xətai rayon polis idarəsinin əməkdaşları tutub. Məlum olub ki, Amil Paşayev 2017-ci ilin dekabır ayından saxlanılan günə qədər Xətai rayonu ərazisində 4 azyaşlı qıza qarşı əxlaqsız hərəkətlər edib. Əsasən 10-15 yaş arasında olan qızları izləyən Amil Paşayev binaların girişində mərtəbələr arasında yerləşən pilləkən sahələrində onlara hücum edərək öz çirkin əməlini həyata keçirib.

İstintaqın gedişi zamanı Amil Paşayevin şübhəli davranışları polis əməkdaşlarında onun başqa cinayətlərdə əlinin olduğuna dair əsaslı şübhələr oyadıb.Bu səbəbdən Amil Paşayevin ətrafında həyata keçirilən əlavə istintaq- əməliyyat tədbirləri ilə müəyyən edilib ki, o rayon ərazisində ayrı-ayrı vaxtlarda iki qadına hücum edərək çantalarını əllərindən alıb.

O, iyun ayı ərzində metronun ''Əhmədli'' starnsiyasının yaxınlığında təsadüfən gördüyü qadınları izləyərək münasib bildiyi şəraitdə onların çantalarını açıq talama yolu ilə alaraq hadisə yerindən qaçıb. Qeyd edək ki, saxlanılan şəxsin ələ keçirdiyi çantaların birində 120 manat pul olub.

Faktla bağlı Amil Paşayev barəsində Xətai Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Polis əməkdaşları Amil Paşayevin paytaxtın digər ərazilərində də analoji cinayətlər törətdiyini istisna etmirlər.


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar