Xəbər lenti
“Heç kimə imkan vermədim ki...” - Misir Mərdanov

“Heç kəsə imkan vermədim ki, məni ad günü münasibətilə təbrik etsin. Siz təbrik etdiyiniz üçün təşəkkürümü bildirirəm”.
Bunu teleqraf.com-a sabiq təhsil naziri Misir Mərdanov deyib.
Qeyd edək ki, oktyabrın 3-də Misir Mərdanovun doğum günü idi. Ancaq o, mediayla hər hansı təmas qurmayıb. Onu axtaran çoxsaylı jurnalistlər sabiq nazirlə əlaqə yarada bilməyiblər.
Sabiq nazir daha sonra elmi fəaliyyətini davam etdirdiyini deyib: “Elmi fəaliyyətim ciddi şəkildə davam edir. İndiyə qədər bir neçə kitabım çıxıb. Bundan sonra da çıxacaq. Allah qoysa, görüşəndə sizə təqdim edərəm”.
AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun direktoru sabiq təhsil naziri, fizika-riyaziyyat elmləri doktoru, professor Misir Mərdənov 1946-cı il oktyabrın 3-də Qərbi Azərbaycanın (indiki Ermənistan) İcevan rayonunun Göyərçin kəndində anadan olub.
Azərbaycan Dövlət Universitetinin (Bakı Dövlət Universiteti) Mexanika-riyaziyyat fakültəsini fərqlənmə diplomu ilə bitirib.
1971-ci ildən 1989-cu ilədək Bakı Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsində müəllim, baş müəllim, dosent, 1989-1990-ci illərdə Azərbaycan Respublikası Təhsil Nazirliyində ali təhsil idarəsinin rəisi, 1991-1992-ci illərdə Təhsil nazirinin müavini işləyib.
1992-1996-cı illərdə BDU-nun tədris işləri üzrə prorektoru, 1997-1998-ci illərdə Bakı Dövlət Universitetin rektoru olub. 1998-2013-cü illərdə Azərbaycan Respublikasının təhsil naziri vəzifəsində çalışıb.
2013-cü ilin aprel ayından Azərbaycan Milli Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutunun direktorudur.
Ailəlidir, 3 övladı var.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər


Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
İmarət Cəlilqızı
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar
































