Sizin Reklam Burada
Xəbər lenti
BÜTÜN XƏBƏRLƏR

Mustafa Taner "... bu evin adamları bayramda qəmə batır" (şeir)

Tarix: 25-08-2018 21:59     Baxış: 2640 A- / A+
Mustafa Taner "... bu evin adamları bayramda qəmə batır" (şeir)


Hər zaman sözü və əməli ilə yanımızda olan qardaş Türkiyənin yaradıcı insanları illərdir içimizi göynədən Qarabağ dərdimizə həmişə həssaslıqla yanaşır, əsərlərində bu ağrı-acımızı əks etdirən nümunələrə yer verir. Şair Mustafa Taner "AĞDAMLI KİÇİK QIZA" şeiri ilə dərdin şəklini çəkməyə, acı göynəyi ifadə etməyə müyəssər olub. Və bu şeir yuxarıda qeyd etdiyimiz həssas yanaşmanın təzahürü, bariz nümunəsidir. Nailə Mirzəyevanın uyğunlaşdırmasında həmin şeiri Manevr.az-ın oxucularına təqdim edirik:

AGDAMLI KİÇİK QIZA

Kiçik bir qız...
Bayramsayağı geyinib bayram paltarını.
Gözləri yollardadı, gözləyir atasını.
Təzə paltarını göstərəcəkdi.
Atası da gülər üzlə:
mənim qızım nə gözəldi? - deyəcəkdi...
Babası cənnətdə, atası həbsdədi bu qızın.
Nənəsi gözü yaşlı,
anası dərdlidi bu körpəcə nərgizin.
İçin - için ağlayır yazıq nənə durmadan.
Necə fikir çəkməsin,
kədərlənməsin insan?
Altı yaşlı qızcığaz boylanır qapılara.
Tez - tez nənəyə deyir:
İndi hardadır atam?
Bəs o getmişdir hara?
... bu evin adamları bayramda qəmə batır.
Şükür sənə, ay Allah.
Tək səbrin dada çatır.
Sənsən köməyə çatan, sənsən ümid yerimiz.
Sığınmışıq hökmünə
sənsiz nə edərdik biz?
Yaşamaq çox çətinmiş.
Nə soran, nə axtaran...
Hər kəs öz işindədi.
Nə ölən...
Nə yaşayan?...
Ata halı pərişan məskənidir dörd divar.
Pıtraq məftillər isə gizlədirdi günəşi.
Nə evindən xəbər var.
Nə də çoxdan eşitmir o doğma, həzin səsi..

Qızcığaz soyunmadı donunu həmin axşam.
Gözlədi atasını heç yatmadı.
Gizlicə
O yalvardı günəşə.
Ancaq kiçik ürəyində ata niskili
Bir də heç kəsin görüb tərifləmədiyi
təzə paltar xiffəti ilə uyudu o gecə.
.... səhər açıldı...
Hər üçü bir - birilərinə baxdı.
Nə dünənki bayramdan, nə də güllü
paltardan heç əsər qalmamışdı.
Böyüklərin qəlbi Göyçə,
Ağdam, Şuşa dərdiylə dolu...
Kiçik qızsa əynundə hələ də
təzə paltar gözləyir ata yolu.

Mustafa Taner
Fethiye

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar