Sizin Reklam Burada
Xəbər lenti
09-05-2024
BÜTÜN XƏBƏRLƏR

Şabranda üç cinayətin üstü açıldı – Əməliyyat

Tarix: 23-08-2018 14:31     Baxış: 4252 A- / A+
Şabranda üç cinayətin üstü açıldı – Əməliyyat


Şabran rayonunda evlərdən pul və qızıl oğurlayan şəxs həbs edilib.


Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan verilən məlumata görə, Şabran rayon polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cari ilin iyul və avqust aylarında şəhər ərazisində yerləşən 3 evə qanunsuz daxil olaraq oradan pul və qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Şabran şəhər sakini, əvvəllər məhkum olunmuş Murad Məmmədov saxlanılıb.

Dindirilmə zamanı Murad Məmmədov törətdiyi cinayət əməllərini etiraf edərək, sahiblərinin evdə olmadığı vaxtlarda pəncərədən daxil olaraq evlərdən pul və qızıl-zinət əşyaları oğurladığını bildirib.

Aparılan tədbirlərlə məlum olub ki, o, iyul ayında şəhər ərazisində yerləşən evlərin birindən 2970 ABŞ dolları, 850 manat və qızıl-zinət əşyaları, avqust ayında isə iki evdən 5000 rubl, 150 manat, 100 ABŞ dolları və qızıl-zinət əşyaları oğurlayaraq ev sahiblərinə ümumilikdə 10 min manatdan çox maddi ziyan vurub.

Murad Məmmədov oğurladığı qızıl-zinət əşyalarının bir qismini Bakı və Sumqayıt şəhərlərindəki qızıl alqı-satqısı məntəqələrinə dəyərindən ucuz satıb, digər qismi isə maddi sübut kimi ondan götürülüb.

Faktla bağlı Murad Məmmədov barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb, istintaq tədbirləri davam etdirilir. publika.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar