Xəbər lenti
Nazim İbrahimova böyük zərbə
Bu həftənin cümə günü - oktyabrın 28-də Bakıda Dünya Azərbaycanlı İş Adamlarının I Forumu keçirilməli idi. Diasporla İş üzrə Dövlət Komitəsinin təşkilatçısı olduğu tədbirə hazırlıq hələ bir neçə ay əvvəldən başlamışdı.
“Yeni Müsavat” yazır ki, komitənin son yaydığı məlumatlarda foruma xarici ölkələrdə yaşayan 300 nəfərə yaxın azərbaycanlı iş adamı və diaspor rəhbərinin, eləcə də ölkə daxilində fəaliyyət göstərən sahibkarların dəvət ediləcəyi bildirilirdi.
Toplantıda Dünya Azərbaycanlı İş Adamları Birliyinin yaradılması, tədbirə dəvət olunmuş azərbaycanlı iş adamlarının iştirakı ilə biznes-forumun, habelə dövlət və hökumət nümayəndələri ilə görüşün təşkili də planlaşdırılırdı. Amma foruma 10 gün qalmış Diaspor Komitəsi gözlənilmədən tədbirin keçirilməyəcəyini bəyan etdi. Qəzet yazır ki, təxirə salınması hakimiyyət kuluarlarında da xeyli söz-söhbətlər və narahatlıqlar yaradıb. İddia olunur ki, təxminən 4 aydır hazırlıq gedən forumun alınmamasının məsuliyyəti Diaspora Komitəsinin, konkret olaraq quruma rəhbərlik edən Nazim İbrahimovun üzərindədir. Tədbirin fiasko olmasının səbəbləri sırasında Bakıya gəlməsi razılaşdırılan tərkibin ranqının hakimiyyəti razı salmaması da var.
Belə ki, forumda iştiraka xaricdə yaşayan təxminən 160 biznesmenin dəvət edilməsi razılaşdırılıb ki, bu da əsasən Rusiya Federasiyasında yaşayan azərbaycanlı iş adamları olub. Məlum olub ki, Bakıya gəlmək dəvətinə razılaşanlar sırasında tanınmış iş adamlarından heç biri yoxdur. Bundan başqa, Diaspor Komitəsi dünyanın inkişaf etmiş ölkələri sırasında yalnız Almaniyadakı azərbaycanlıları prosesə cəlb edə bilib ki, bu da, iqtidarı razı salmayıb. Türkiyə, Ukrayna və Qazaxıstandan dəvət edilmiş iş adamlarının ölkəyə ciddi investisiya yatırmaq imkanları isə yüksək deyil.
Belə bir iddia da var ki, foruma daha çox N.İbrahimova yaxın iş adamlarının dəvətli olması da hakimiyyəti ciddi narazı salıb, Dünya Azərbaycanlı İş Adamları Birliyi adı altında müəyyən adamların iqtisadi maraqlarının təmin ediləcəyi şübhəsi yaranıb. Bu səbəblərdən də tədbirin təxirə salınmasına və formatında dəyişiklik edilməsinə qərar verilib.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar