Sizin Reklam Burada
Xəbər lenti
18-09-2024
17-09-2024
BÜTÜN XƏBƏRLƏR

"Tramp mənə bir gecə üçün 10 min dollar təklif etdi" - porno ulduz

Tarix: 24-10-2016 10:16     Baxış: 5457 A- / A+

"Tramp mənə bir gecə üçün 10 min dollar təklif etdi"

ABŞ-da noyabrın 8-də baş tutacaq prezident seçkilərinə az qalmış namizədlər ətrafında qalmaqallar bitmir.

Manevr.az-ın xarici KİV-ə istinadən məlumatına görə, respublikası namizəd Donald Tramp bu dəfə porno ulduz Cessika Dreykin iddiası ilə üz-üzə qalıb.

42 yaşlı ulduz mətbuat konfransı keçirərək 10 il əvvəl Kaliforniyada bir qolf turniri zamanı Trampın ona bir gecəlik 10 min dollar təklif etdiyini deyib:

"Telefon nömrəmi istədi, verdim. O axşam otağına dəvət edib. Tək başına özümü yaxşı hiss etməyəcəyimi dedim. Buna görə də iki qadın da mənimlə gəldi. Otağa girən kimi bizi qucaqlayıb öpməyə başladı. Yarım saatlıq söhbətdən sonra otağı tərk etdik. Qısa müddət sonra Trampın köməkçilərindən biri zəng vurub geri çağırdı. Rədd etdim.

Tramp özü də zəng vurub şam yeməyinə dəvət etdi. Növbəti zəngdə Donaldın adına danışan bir kişi mənə 10 min dollar təklif etdi. Bəhanə üçün Los-Ancelesə getməli olduğumu dedim. Tramp dəvətini qəbul etsəm, məni özəl təyyarə ilə göndərəciyini dedi. Rədd etməli oldum".

Hadisə 10 il əvvəl baş verib, Tramp isə Melani ilə 11 ildir ki, evlidir.

D.Trampın kampaniyası isə Dreykin iddialarını "tamamilə uydurma və gülməli" adlandırıb.(axşam.az)

"Tramp mənə bir gecə üçün 10 min dollar təklif etdi"
"Tramp mənə bir gecə üçün 10 min dollar təklif etdi"
"Tramp mənə bir gecə üçün 10 min dollar təklif etdi"
"Tramp mənə bir gecə üçün 10 min dollar təklif etdi"

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar