Xəbər lenti
6 ay iş almış məhbus “Xalac” türməsində dünyasını dəyişdi

Ötən gün Penitensiar Xidmətin Salyan rayonunun Xalac kəndində yerləşən 5 saylı cəzaçəkmə müəssisəsində saxlanan məhbuslardan biri dünyasını dəyişib.
Manevr.az virtualaz.org-a istinadən bildirir ki, 63 yaşlı Bərdə rayon sakini olan məhbus Edilxan Məmmədovun səhhəti kəskin pisləşdiyindən xəstaxanaya aparılarkən yolda dünyasını dəyişib. Edilxan Məmmədov ağır dərəcəli şəkərli diabetdən və kəskin ürək çatışmazlığından əziyyət çəkirmiş. Elə ölümün də bu səbəbdən baş verdiyi deyilir.
E.Məmmədov Cinayət Məcəlləsinin 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma) maddəsi ilə ittiham olunaraq Bərdə Rayon Məhkəməsinin hökmü ilə 6 ay müddətinə azadlıqdan məhrum edilibmiş. Cəza müddəti oktyabr ayında başa catacaqdı.
Faktla bağlı araşdırma aparılır.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar