Sizin Reklam Burada
Xəbər lenti
19-06-2026
18-06-2026
BÜTÜN XƏBƏRLƏR

Yazıçı yeni kitabını oxuculara təqdim edəcək -FOTO

Tarix: 23-10-2016 12:48     Baxış: 2421 A- / A+
Yazıçı yeni kitabını oxuculara təqdim edəcək


Manevr.az xəbər verir ki, yaxın günlərdə nasir, dramaturq, esseist, filosof Firuz Mustafanın “Ekoprint” nəşriyyatı tərəfindən nəşrə hazırlanan otuz cildlik “Seçilmiş əsərləri”nin 1-ci cildi oxuculara təqdim ediləcək. Paytaxtımızdakı kitab satış mərkəzlərinin birində kitabın imza günü də keçiriləcək.

Birinci cildə yazıçının vaxtilə ədəbi jurnallarda (“Azərbaycan” və “Literatura Azerbaydjana” dərgilərində) çap olunmuş "Qapı" və "Cənnət çiçəyi" romanları daxil edilib.

Qeyd edək ki, Firuz Mustafa Azərbaycan Yazıçılar Birliyinin dramatugya bölməsinin rəhbəridir. Dram əsərlərinə onlarla teatrda quruluş verilmişdir. Təkcə bu il (2016-cı ildə) onun pyesləri Rusiya və Türkiyə teatrlarında tamaşaya qoyulmuşdur.Hazırda Ukrayna, Belorus və İran teatrlarında Firuz Mustafanın əsərlərini səhnəyə qoymaq üçün hazırlıq işləri görülür.

Yeri gəlmişkən onu da vurğulayaq ki, Azərbaycan ədəbiyyatında Firuz Mustafaya qədər heç bir yaradıcı şəxsin bu həcmdə külliyatı nəşr olunmayıb.


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar